Töyrətəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə.
Töyrətəpə yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır. Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır.