Tüklü (Anadolu) palıd

Qafqaz (Gürcüstan), Qərbi Avropa, Rusiya (Krım), İran və Türkiyədə təbii arealı vardır.

Tüklü (Anadolu) palıd
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması:[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində yayılmışdır.

Statusu:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. NT.

Bitdiyi yer:[redaktə | mənbəni redaktə et]

Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kənarda əhəngli daşlıq yamaclarda rast gəlinir.

Təbii ehtiyatı:[redaktə | mənbəni redaktə et]

Arealı genişdir,ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir.

Bioloji xüsusiyyətləri:[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 10 m-ədək olan, yarpağı tökülən, çox vaxt əyilmiş gövdəli, enli, çətirşəkilli çətirli kiçik ağacdır. Zoğları sarımtıl-boz tükcüklərlə sıx örtülmüş, tumurcuqları küt, oval, tükcüklü-pulcuqludur. Qabığı bozumtul-qara, dərin şaquli yarıqlıdır. Yarpaqlarının uzunluğu 5-10 sm, eni 6 sm-ədək, lələkvari-qanadlı, 4-8 cüt küt və ya ucu biz, iri dişli qanadları çox vaxt formaca dəyişir. Yar-pağın kənarları tükcüklü və bir az burulmuşdur. Cavan yarpaqları hər iki tərəfdən sıx tükcüklüdür. Tozluq çiçək qrupları sıx tükcüklü, uzunluğu 15 sm-ədək; dişicik çiçəkləri oturaq, 1-5 ədəddir. Qozaları oturaq və ya qısa meyvə saplağında yerləşir; uzunluğu 2-2,5 sm, diametri 2 sm-ədək olan yarımşarşəkilli kasaya daxil olmuşdur. Kasanın pulcuqları orta və yuxarı hissələrdə möhkəm yapışmış, aşağıda bir az əyilmiş, boz tükcüklü, qonur, çılpaq ucludur. Mart ayında çiçəkləyir, oktyabr ayında isə toxumları yetişir.

Çoxalması:[redaktə | mənbəni redaktə et]

Təbiətdə toxumla çoxalır.

Becərilməsi:[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə becərilir.

Qəbul edilmiş qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə olunur.

Məlumat mənbələri:[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.2. 1951; Флора Азербайджана. т.3. 1952; Azərbaycanın ağac və kolları. II cild. 1964; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycanın “Qırmızı Kitabı”. 1989; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar[redaktə | mənbəni redaktə et]

1."Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

2.“Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.