Tüklü külbaba

Tüklü külbaba - (lat. Leontodon hispidus)

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5- 2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Meşələrdə kolluqlarda, dağ-çəmənlərində, yol kənarlarında bitir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.