Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (dekabr 2023) |
Qılqurdlar (lat. Nematomorpha) — heyvanlar aləminə aid heyvan tipi. Bu tipə 230-a yaxın növü birləşdirən parazit qurdlar daxildir. Qılqurdlar müxtəlif buğumayaqlılarda, əsasən həşəratlarda parazitlik edirlər. Adi qılqurd (lat. Gordius aquaticus) şirin sularda geniş yayılmışdır.
Qılqurdlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Klad: Tip: Qılqurdlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Silindrik, çox nazik və uzun tükşəkilli bədən, bir neçə santimetrdən 1,5 m-ə qədər ölçüdə olub, qalın kutikula ilə örtülmüşdür. Bu qurdların cavan parazit mərhələləri ağımtıl, yetkin qurdlar isə tünd qonur rəngdədir. Kutikulanın altında birqatlı epiteli, onun altında uzununa əzələ liflərindən təşkil olunmuş dəri-əzələ kisəsi yerləşir. Qılqurdlar ilk bədən boşluğuna malikdirlər. Bədənin ön hissəsində ağız dəliyi, arxada isə kloaka yerləşir. Bağırsağın ətrafında və onun üzərində heyvanın bədəni boyunca uzanan iri bədən boşluğu sahələri vardır ki, bu boşluq nematodlarda olduğu kimi ilk bədən boşluğudur. Bağırsaq nazik boru şəklindədir. O, ön, orta və arxa bağırsaqdan ibarətdir. İfrazat, tənəffüs və qan-damar sistemləri yoxdur. Sinir sistemi bədənin ön tərəfində dərində yerləşən sinir həlqəsindən və qarın sinir sütunundan ibarətdir. Bu sinir sütunu bədənin arxa tərəfinə qədər çatır. Hiss orqanları çox zəif inkişaf etmişdir. Həzm sistemi - bağırsaq nazik boru şəklində olub, ön, orta və arxa bağırsaqdan ibarətdir. Bu qurdların ifrazat, tənəffüs və qan-damar sistemi yoxdur. Sinir sistemi - sinir həlqəsindən və bədənin arxa küncünə qədər uzanan qarın sinir sütunundan ibarətdir. Sinir sistemi epiteli də və ya onun altında yerləşir. Cinsi vəziləri cüt olub, kolbasa şəklindədir və axarları arxa bağırsağa açılır. Dişi cinsi orqanları yumurtalıqdan, yumurta borusundan və balalıqdan ibarətdir. Erkək cinsi orqanları cüt toxumluqdan, cüt toxum borusundan ibarət olub, cinsi dəlikləri arxa bağırsağın kloaka adlanan hissəsinə açılır.
Qılqurdlar çox vaxt həşəratların bədən boşluğunda, xüsusilə bəzi düzqanadlılarda və cəsədyeyən böcəklərdə parazitlik edirlər. Müəyyən ölçüyə çatdıqdan sonra qılqurdlar sahibin bədən örtüyünü deşib xaricə çıxır və müəyyən müddət ərzində suda sərbəst yaşayır. Parazit sahibin bədənindən sahib suya təsadüfən düşüdyü zaman və yaxudda suyun yaxınlığında olduqda çıxır. Suda qılqurdlar cinsi yetişkənliyə çatır və cütləşirlər, bundan sonra dişilər müxtəlif sualtı əşyalar üzərinə uzun qaytan kimi, bir-birinə yapışmış yumurtalar qoyur. Yumurtadan çıxmış sürfələrbir müddət suda və ya nəm torpaqda yaşaya bilir. Bu zaman onlar aralıq sahib tapır və xortumu ilə sahibin bədənini deşib daxilə keçir. Quruda yaşayan həşəratlar suda olan yoluxmuş sürfələr yedikdə yoluxurlar. Qılqurdlar heç vaxt insanda və ev heyvanında parazitlik etmir.
Bu sinfə parazit qurdların kiçik qrupu (225-ə yaxın növ) məxsusdur. Bunlarda nematodlardan bir sıra mühüm əlamətləri ilə fərqlənir. Qılqurdlar müxtəlif buğumayaqlılarda və həşəratlarda parazitlik edir. Qılqurdlar ayrıcinslidir. Cinsi vəziləri cütdür və uzun kolbasayabənzər cisimciklər şəklindədir. Onlar qapalı şəkildə qurdun ön hissəsi yaxınlığından başlayır, arxa hissədə isə cinsi axarların vasitəsi ilə arxa bağırsağa açılır. Dişilərin yumurtalıqları bir-birinin ardınca yerləşən çoxlu yan qabarmalar əmələ gətirir. Dişilərdə çıxarıcı axarlar yumurta borularından və balalıqdan, erkəklərdə isə iki toxum borusundan ibarətdir. Bağırsağın cinsi yollara açılan arxa hissəsi kloaka adlanır. Qılqurdlarda inkişaf metamorfozla gedir. Bu zaman yetkin fərddən kəskin fərqlənən sürfələr əmələ gəlir.
Qılqurdların inkişafı metamorfozla olub, yetkin fərddən kəskin fərqlənən sürfə əmələ gətirirlər. Sahibin orqanizmində müəyyən bədən ölçüsünə çatan parazit onun örtüyünü dağıdaraq, xaricə çıxır və ya təsadüfən suya düşür. Qılqurdlar suda cinsi yetişkinliyə çatırlar və mayalanaraq yumurta qoyurlar. Dişi fərdlər yumurtalarını sualtı əşyalara yapışdırırlar. Bundan sonra yetkin fərdlər məhv olurlar. Yumurtadan çıxan sürfələr bir müddət suda və nəm torpaqda yaşayır. Bu zaman onlar aralıq sahib olan müxtəlif həşərat sürfələrini taparaq, burulan xortumu ilə onların dərisini deşib bədəninə daxil olurlar.
Zəif öyrənilmişdir. Nematomorpha - bir sıra əlamətlərinə - ümumi görünüşü, kutikulanın olması, əzələlərin quruluşu və cinsi vəzilərinin formalarının bəzi oxşarlığına görə nematodları xatırladır.