Tüləmə

Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi.

Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.