Tümən (Azərbaycan Milli Hökuməti)

Azərbaycan Milli Hökuməti tüməni — 1946-cı ildə Azərbaycan Milli Hökumətinin pul vahidi. 1 Tümənn = 10 kran bərabər idi.

Azərbaycan Milli Hökuməti tüməni
Güney Azərbaycan tüməni
Dövriyyə ərazisi
Emitent ölkə Azərbaycan Milli Hökuməti
Əvəzedici və paralel vahidlər
Kiçik 5 kran, 1, 2, 5, 10, 50 tümən
Tarixi
Dövriyyəyə buraxılma 1946
Əvvəlki valyuta İran rialı (IRR)

1945-ci ilin dekabrında sovet qoşunları tərəfindən idarə olunan İran Azərbaycanında Azərbaycan Demokratik Respublikası elan edilir. Milli hökumət yarandıqdan sonra İran hakimiyyətinin Təbriz bankından külli miqdarda pul çıxardığı məlum olur. "Pul aclığını" aradan qaldırmaq üçün öz emisiyasına müraciət etmək qərara alınır.

1932-ci ildə İranda pul islahatı aparıldı, fars tüməninin əvəzinə rial tətbiq olunur. Ancaq İran hökuməti köhnə sistemə görə öz banknotlarını buraxır: Tümən = 10 kran. Yeni əskinaslar Təbrizdə, filiqran nişanları olmayan kağız üzərində çap edilir. Yazılar ənənəvi şriftdə, ancaq Azərbaycan dilində hazırlanır.

1946-cı ilin yazında Sovet qoşunları İrandan çıxarılır. 11 dekabr 1946-cı ildə İran qoşunları Güney Azərbaycanı ərazisini işğal edir, muxtariyyət mövcud ləğv olunur. Milli hökumətin əskinasları dövriyyədən çıxarılır və məhv edilir[1].

5 kran, 1, 2, 5, 10, 50 tümən əskinaslar buraxılır[2].

  • Pick A. Standard Catalog of World paper money. Specialized issues. Volume one / Shafer N., Bruce C. R.. — 7-е изд. — Iola: Krause Publications, 2000. — 1096 с. — ISBN 0-87341-208-7.
  1. "Парамонов О. «Денежные знаки Национального правительства в автономном Иранском Азербайджане»". сайт bonistikaweb.ru. 2016-03-05 tarixində arxivləşdirilib.
  2. Pick, 2000, p. 639.