Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu — Türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən beynəlxalq təşkilat.[1]
2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında Fondun yaradılması təşəbbüsü ilə bağlı qərar qəbul edilmiş və həmin qərar 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəklənmişdir.[1] Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Qırğız Respublikasının Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının hökumət başçıları tərəfindən qəbul edilmişdir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.[1] Hal-hazırda Aktotı Raimkulova Fonda başçılıq edir.