Türk dilinin dövlət dili elan olunması haqqında qərar (1918)

Türk dilinin dövlət dili elan olunması haqqında qərarRusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd.[1]

Qərarın qəbul edilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi.

Həyata keçirilməsi[redaktə | mənbəni redaktə et]

Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918 il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Законодательные акты (сборник документов), Б., 1998