Türk toyu, toygun və ya keneş — İslamdan əvvəlki, türk boylarının qanunvericilik, idarəetmə və məhkəmə səlahiyyətlərini istifadə edən tayfalar arası qurum. 13-cü əsrin ortalarından etibarən türk mənbələrində yazılmağa başlayan qurultay kəlməsi toy yerinə istifadə olunmağa başlanmış və toy sözü sadəcə yemək məclisləri üçün istifadə edilən kəlməyə çevrilmişdir. Kültiginin ölümündən sonra Çindən gətirilən şüşə bəzəmə ustaları, toy təmsilçisi İltəbərin gətirdiyi 732-ci ildə qoyulmuş Kültgin yazılı mənbələrində izah edilən toy təmsilçilərinə verilən Toygun adının artıq məclis üçündə istifadə edildiyi nəzərə çarpır.[1]
Bunça bedizçig toygun ilteber kelürti. Bu qədər bəzəmə ustalarını toygunun iltəbəri gətirdi.azərb. |
Toy kəlməsi bəzən monqol tayfalarının məclisi olan qurultay kəlməsi ilə qarışıq salınsa da, qədim türklər öz məclislərini hər zaman “toy” olaraq adlandırmışlar. Bununla yanaşı, qurultay kəlməsinin kökü olan “Qur” altay dilindən bəri monqolca və türkcədə ortaq istifadə olunan sözlərdəndir. Toy, bəzən də "tay" olaraq istifadə edilən bu kəlmə isə qədim türkcədə “şəhər” mənasında işlənir. Bu kəlmə zaman keçdikcə əyləncəli məclis və s. mənalarda da işlədilmişdir. Toy kəlməsi sadəcə türklərin işlətdiyi söz deyildir, eyni zamanda qurultay sözü kimi monqol dili ilə ortaq işlədilən sözlərdəndir. Necə ki, monqolların gizli tarixində də "toy" kəlməsinə rast gəlmək mümkündür.
Türk Toyu yalnız dövlətin qanunvericilik orqanı deyil, dövrünün Türk boylarına hakim olan siyasi iradənin dəvəti ilə ildə üç dəfə bütün Türk boylarının nümayəndə göndərdiyi bir məclisdir.
Türklərdə toylar dövlət mərkəzi olan Ötükən, Ordu-Balıq kimi mərkəzi yerlərdə toplaşmaqla birlikdə,müqəddəs sayılan yerlərdə də toylar keçirilmişdir.Türklər hər ilin beşinci ayının ikinci yarısında "Ata Qəbiristanlığında" toplanıb,Göy Tanrıya ıduklar(qurbanlar) verib,burada toy təşkil etmişlər. Belə ki, Türk xaqanlığının saldosu Türk xalqının, Uyğur Xağanlığına tabe olması və Uyğur Xaqanlığının Türk Xaqanlığının xələfiliyini üzərinə götürməsi də 748-ci ildə Əcdadlar Qəbiristanlığında keçirilən toyda baş vermiş[2], bu toya xalq da iştirak etmişdir.Türk ənənəsində ulu dağ təpələrində də bu cür toplantıların keçirildiyi məlumdur.Hunların xarici dövlətlərlə bağladıqları müqavilələri, "Hun Dağı" deyilən yerdə toplaşan toyda müzakirə edərək təsdiq etdikləri biliməkdədir.