Türkistan keçiağacı

Reaumuria alternifolia (lat. Reaumuria alternifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin keçiağacı cinsinə aid bitki növü.

Reaumuria alternifolia
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Reaumuria alternifolia

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Zaqafqaziyada yayılmışdır. Qafqazda, Şərqi və Mərkəzi Asiyada bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-50 sm-ə çatan kol bitkisidir. Budaqları çılpaq, göyümtül, ağdır. Yarpaqları növbəli, sadə, ellipsvaridən lansetvariyədək, uzunluğu 1,0-2,5 sm, eni 3-7 mm olub, bütöv, ucu bizdir. Çiçək qrupu qısa buğumlarda və ya uc budaqlarda yerləşir. Kasacığı dərin, uzunluğu 3-6 mm, eni 2,5-3,5 mm, enli, yumurtavari, ucu biz, bir az dişlidir, kənarları pərlidir. Ləçəkləri sərbəst, uzunluğu 9-13 mm, eni 3-4 (5) mm, enli-ellipsvari, əyri, bir tərəfdən kəsikli, çıxıntıları az miqdarda dalğalıdır. Erkəkcikləri 5 dəstəyə yığılmış, saplaqların uzunluğu 5-7 mm, bir az enəlmişdir, uzunsov tozluqların uzunluğu 1 mm-dir. Yumurtalığı şarşəkilli, uzunluğu 3-4 mm, eni 0,3-3,5 mm-dir. Toxumları çox miqdarda, sıx tükcüklü, yumşaq, ağımtıl- qonur tükcüklü, uzunsov, uzunluğu 34 mm-dir. May ayından avqustadək çiçəkləyir, meyvələri sentyabr- oktyabr aylarında yetişir.

Gilli yamaclarda, yüngül (qumlu), orta (gillicəli) və ağır (gilli), PH turşulu, neytral, əsas (qələvili) və şoran torpaqlarda, yarımkölgədə və ya kölgəsiz ərazilərdə bitir. Nəmişli torpağa üstünlük verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Xocalıda, Qubada. Şəkidə, Kür- Araz ovalıqında, Alazan Əyricay vadisində təbii halda yayılmışdır.

Yaşıllaşdırmada, dərinin qaşınmasına səbəb olan xəstəliklərin müalicəsində istifadə edilir.