Türkistan yulğunu

Orta Asiya (Tyan-Şan, Pamir Alay, Kopetdağ, Qara-qum), İran və Qazaxıstanda təbii arealı vardır.

Türkistan yulğunu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Türkistan yulğunu
Beynəlxalq elmi adı
  • Reaumuria turkestanica

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşeronda təbii halda yayılmışdır.

Statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. NT.

Bitdiyi yer[redaktə | mənbəni redaktə et]

Şoran yerlərdə, gilli torpaqlarda, qumluqlarda,daşlı yamac-larda yayılmışdır.

Тəbii ehtiyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20-60 sm, sarımtıl qabıqlı və ya çoxsaylı, düz və sıxbudaqlı yarımkoldur. Yarpaqları hamar, yumurtavarı və ya uzunsov yumurtavarıdır. Yarpaqlarının uzunluğu 5-10 mm, eni 2-10 m arasında olub dərivaridir. Yarpaqları nöqtəli vəzitüklü, ucu biz bünövrəsi enliləşmiş, az bilinən saplaqlı olub bəzi yarpaqlar neştərvarı xətvarıdır. Çiçək qrupu süpürgəvarı, bəzən çiçəkləri təkdir. Çiçəkaltıqları azsaylı, lansetvarı, xətvarı, uzunluğu 3-5 mm, ucu biz, düz, kasacığı bərabər və ya ondan qısadır. Kasacığı 5 qanadlı, uzunluğu 3-7 mm, ləçəklərdən təxminən 2 dəfə qısa, qanadları yumurtavarı,lansetvarı, ucu biz, kənarları pərdəlidir. Ləçəkləri çəhrayı, tərs-ürəkşəkilli, uzunluğu 7-13 mm, eni 3-5 mm-ə çatır. Erkəkcikləri çox saylı, ləçəklərdən qısa, 5 dəstədə, saplaqları bünövrəsindən aşağıda olub, kənarları bütövdür. Toxumları tərs yumurtavarı, uzunluğu 4-5 mm, üstü tünd rəngli, yumru çıxıqlı olub, uzun, qonur tükcüklərlə örtülmüşdür. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabrda isə meyvə verir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Təbiətdə generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilmə səbəbləri[redaktə | mənbəni redaktə et]

Başlıca insan fəaliyyətidir.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Деревья и кустарники СССР. т.4.1958;
  • Флора Азербайджана. т.6. 1955;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • "Azərbaycan dendraflorasi" I cild, Baki, “Elm”, 2011, 312 səh.