Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu

Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu ( türk. Türkiye Ekonomik ve Sosyal Etüdler Vakfı, TESEV) — Türkiyədə araşdırma mərkəzi. Baş qərargahı İstanbulda yerləşir. TESEV Türkiyənin üzləşdiyi sosial, siyasi və iqtisadi siyasət məsələlərini təhlil edən müstəqil qeyri-hökumət araşdırma mərkəzidir. Dövlət müdaxiləsinə qarşı çıxan liberal iqtisadi baxışları ilə tanınır.[1]

TESEV XXI əsrdə Türkiyənin və onun qonşuluğunun qarşısında duran ən aktual və vacib siyasət suallarına diqqət yetirir. Proqram sahələri üç başlıq altında qruplaşdırılmışdır: demokratikləşmə,[2] xarici siyasət [3] və yaxşı idarəetmə.[4]

  1. "Turkey's growth industry". February 2010. 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  2. "TESEV - Programs - Democratization Program". 2015-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.
  3. "TESEV - Programs - Foreign Policy Program". 2015-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.
  4. "TESEV - Programs - Good Governance Program". 2015-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]