Türkiyə Super Liqası Peşəkar Futbol Klubları Fondu (türk. Türkiye Süper Lig Profesyonel Futbol Kulüpleri Vakfı ) və ya Klublar İttifaqı (türk. Kulüpler Birliği) — Türkiyə Super Liqasında peşəkar futbol klublarının maraqlarını təmsil edən qurum. Təşkilat 2000-ci ildə təsis edilmişdir. Təşkilat 2010-cu ildə Avropa Liqalarının və 2019-cu ildə Dünya Liqaları Forumunun üzvü olmuşdur.[1] Hal-hazırkı prezidenti 21 iyun 2022-ci ildə bu vəzifəyə seçilən Əli Qoçdur.[2]
Türkiyə Klublar İttifaqı | |
---|---|
Növü | Vəqf |
Yaranma tarixi | 2000 |
Mərkəzi | |
kuluplerbirligi.org |