Türkiyədə antiərəbizm — Türkiyədə ərəblərə və ya ərəb mədəniyyətinə qarşı müxalifət, düşmənçilik, nifrət, inamsızlıq, qorxu və onu ümumi olaraq bəyənməmək.[1] Türkiyənin Osmanlı imperiyasından qalma güclü antiərəbizm tarixi var. Bu cərəyan ölkədə son illərdə Suriya qaçqın böhranı səbəbindən əhəmiyyətli dərəcədə yüksəlir.[1][2]
"Haaretz" Türkiyədə antiərəb irqçiliyin əsasən iki qrupa təsir etdiyini bildirmişdir. Bunkar Körfəz ölkələrindən olan, "zəngin və alçaq" olaraq xarakterizə edilən turistlər və Türkiyədəki suriyalı qaçqınlardır. "Haaretz" həmçinin bildirmişdir ki, Türkiyədə antisuriya əhval-ruhiyyəsi fələstinlilər də daxil olmaqla bütün ərəblərə qarşı ümumi düşmənçiliyə çevrilmişdir.[1]
"Zəfər Partiyası"nın sədri Ümid Özdağ qaçqın axını səbəbilə Türkiyənin "Yaxın Şərq ölkəsi" olmaq riski ilə üzləşdiyini demişdir.[3]