Türkiyədə nüvə energetikası - hal-hazırda mövcud olmayan, ancaq inkişaf üçün planlaşdırılan sahə.
Türkiyə Respublikasında nüvə sənayesinin inkişafı xronologiyası[1]:
Türkiyənin cənubunda, aralıq dənizi sahilində tikiləcək ilk atom elektrik stansiyası «Akkuyu AES»-dır. Stansiya Türkiyənin Mersin ili ərazisində inşa edilməlidir. Tikinti işlərini «Atomstroyeksport» həyata keçirəcəkdir — «Rosatomun» törəmə şirkəti. Stansiya Rusiya layihəsi əsasında 1,2 qiqavat gücündə dörd ədəd enerji blokundan ibaət olacaqdır.
Tikinti haqqında raqzılaşma 2010-cu ildə imzalanır.
2011-ci ildə Ankara Ali Məhkəməsi yerli əhalinin və Kipr adası əhalisinin kütləvi etirazlarına cavab olaraq tikintinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edir.
2015-ci ilin sonlarında Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması nəticəsində Rusiya–Türkiyə münasibətlərində soyuqluq müşahidə edilir. Bundan sonra tikinti işləri dayandırılır.
2016-cı ilin avqustunda Rusiya və Türkiyə prezidentlərinin görüşündə AES-ı layihəsinin bərpası barədə qərar qəbul edilir. 2017-ci ilin may ayında inşaatın başlanğıcı elan olundu. İlin sonuna kimi Türkiyə səlahiyyətlilərindən rəsmi icazə alması gözlənilir. Bu prosedur gözlənilməli, bundan sonra isə rus şirkəti başlamalı idi.
2017-ci ilin iyununda Avropa İttifaqı Türkiyədən AES tikintisindən imtina etməyi tələb edir.
Mersində olan AES ilk bloku 2019-cu ildə istifadəyə verilməlidir.
Türkiyənin şimalında, Qara dəniz sahilində, Sinop şəhəri yaxınlığında olacaq ikinci AES Atmea şirkəti tərəfindən inşa ediləcəkdir. Şirkət fransız Orano və yaponların Mitsubishi Heavy Industries müştərək şirkətlərinin törəmə müəssəsidir. Layihənin ümumi dəyəri 22-25 milyard dollardır. Dörd blokun inşası planlaşdırılır. Stansiyanın ümumi gücü 4800 MVt təşkil edəcəkdir. Layihə 3 may 2013-cü ildə Türkiyə və Yaponiya Baş nazirləri səviyyəsində təsdiqlənmişdir.
2016-cı ilin sentyabrında Türkiyə və Çin Atom enerjisi haqqında əməkdaşlıq haqqında anlaşma imzalamışlar — Çin böyük ehtimalla Türkiyədə Westinghouse texnologiyası ilə üçüncü AES tikəcəkdir.