Türkmənfilm — Türkmənistanın bədii və sənədli filmlər istehsal edən kino şirkəti.
Türkmənfilm | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulu | film |
Təsis tarixi | 1926 |
Baş qərargahın yeri | |
turkmenkino.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1926-cı ildə Aşxabadda yaranıb. Əvvəl "kinofabrika", sonra isə "kinostudiya" adlanıb. 1938-ci ildən adı "Aşxabad kinostudiyası"na, 1958-ci ildən isə "Türkmənfilm"ə dəyişib. 1948-ci ildəki zəlzələ nəticəsində kinostudiyanın binası uçmuş, bir neçə il sonra bərpa olunmuşdur.
Uzun illər Altı Karliyev adını daşıyan kinostudiya 2007-ci ildə Türkmənbaşının fərmanı ilə "Türkməntelekinofilm" birliyi Türkmən TV kinostudiyasının heyətindən çıxarılır və ona əfsanəvi türk hökmdarı Oğuz xanın adı verilir. Yeni birliyə nəzarət Türkmənistanın Mədəniyyət və Televiziya nazirliyinə tapşırılır. 2010-cu ilin avqustunda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov mədəniyyət və KİV-lər üzrə iş toplantısında buyurub ki, Oğuzxan adına "Türkmənfilm" dünyanın iri kinostudiyaları ilə əməkdaşlığı qaydaya salmalı, tarixi və çağdaş Türkmənistan haqda yeni filmlər çəkməlidir.
2010-cu ilin dekabrında studiyanın binası yanıb.[1][2]