Türkmənistan Rabitə Nazirliyi

Telekomnukasiya

[redaktə | mənbəni redaktə et]

Türkmənistan rabitə infrastrukturunun ilk elementləri Rusiyanın tərkibinə daxil olduqdan sonra baş vermişdir. 1900-cü ildə Türkmənistan ərazisində 26 poçttelekommunikasiya müəssisəsi var idi. Rusiyanın tərkibinə daxil olmamışdan əvvəl Türkmənistanda şəhərlərarası rabitə yox idi. Məhz sovet hakimiyyəti illərində kabel və radiorele xətləri çəkilməyə başlanmışdır.1965 -1980-cı illərdə şəhər telefon şəbəkəsinin ümumi tutumu 3,6 dəfə artmışdır.1981-ci ilə isə telefon nömrələrinin sayı 113 minə çatmışdır. Bu illərdə ölkənin ərazisində kolxoz və sovxozların artması ilə kənd rabitəsi inkişaf etmişdir.

Hazırda Türkmənistanda beynəlxalq rabitənin yeganə provayderi Rabitə Nazirliyinin "Türkməntelekom" Dövlət Elektrikrabitə kompaniyasıdır. Kompaniya ABŞ (MCIWorldCom), İtaliya(Palermo), Rusiya ilə peyk rabitə kanalını təmin edir. Şəhər telefon rabitəsi əsasən Alcatel və Simens istehsalı olan rəqəmsal telefon stansiyaları ilə təmin edilmişdir. Kənd yerlərində isə sovet vaxtından qalan ATS-lər fəaliyyət göstərir. lokal şəbəkələr yaradılan ölkənin elmi və tədris institutlarına "ümumdünya torundan" məlumatların ötürülməsi üçün "Türkməntelekom" peyk antenalarını quraşdırmış və stansiyaları təmir etdirmişdir. Türkmənistan Rabitə Nazirliyinin mütəxəssisləri Dövlət bayrağı günü və prezidentin ad günü ilə əlaqədar Aşqabad-Türkmənbaşı-Balkanabad fiber-optik xəttini istismara vermişlər. 622 kilometrlik fiber-optik xəttin tikinti və montaj işləri xarici mütəxəssislərin iştirakı ilə yüksək səviyyədə başa çatmışdır. Bu xətt Göytəpə,Baharlı, Arkman və Sərdar rayonlarını yüksək keyfiyyətli rabitə ilə təmin edəcək. Bununla yanaşı başqa ölkələrlə dünya səviyyəsində telefon rabitəsi qurulacaq.

Hazırda Türkmənistanda vahid peycinq- mobil rabitə operatoru fəaliyyət göstərir. İlk dəfə 1994-cü ildə bazarda ortaya çıxmış və "Barash Communication Technologies Limited,İnc" Amerika kompaniyası kimi 10 il müddətində Türkmənistan ərazisində peycinq və şanvarı rabitə xidməti göstərmək üçün eksklüziv hüquq almışdır. 8 ildən sonra isə kompaniyanın abunəçilərinin sayı 3000-4000-nə çatmışdır. Belə ki, ölkənin coğrafi mövqeyini nəzərə alaraq onu da qeyd etmək lazımdır ki, mobil rabitənin ancaq böyük şəhərləri əhatə etməyə imkanı var.

Türkmənistanda internet ilk dəfə 1993-cü ildə Türkmənistan Elmlər Akademiyasının "SİBİS" İnformasiya bürosunun San-Diyeqo Kaliforniya Universiteti ilə əməkdaşlığı nəticəsində fəaliyyətə başlamışdır. Məhz "SİBİS" mərkəzində ABŞ-dən göndərilən ilk elektron göndəriş alınmışdır. 1998-ci ildən internetdən kommersiya məqsədilə istifadə edilməyə başlandı. 2000-ci ilədək Türkmənistanda bir neçə provayder fəaliyyət göstərməyə başladı,lakin lisenziyalaşma ilə bağlı yeni qanunun qəbul olunmasından sonra onların fəaliyyəti dayandırılmışdır. Lisenziyalar isə 2000-ci ilin ortalarına Türkmənistan Rabitə Nazirliyi tərəfindən geri alınmışdır. 2002-ci ildən isə şəhərlərarası telefon rabitəsinin provayderi "Türkməntelekom" dövlət elektrik rabitə kompaniyasıdır. Bu günədək Türkmənistanda İT və internet sahəsini nizamlayan qanunvericilik aktı mövcud deyil. "ZTE" Çin korporasiyası ilə Türkmənistan Rabitə Nazirliyinin müqaviləsinə əsasən müştərilərin internetə qoşulması məqsədilə 2000-ci ildə Aşqabadda XXIP10-AS şimali qoşulma quraşdırılmışdır. 2000-ci ildən sonra isə ayrılmış xətlə qoşulmanın dəyəri 5 dəfə artmış, dial-up tarifi isə hələ yüksək olaraq qalmaqdadır.Bu yaxınlarda Aşqabad Muxtumkuli adına dövlət universiteti,Türkmən politexnik institutu,Türkmən Rabitə və nəqliyyat dövlət institutunun internetə yüksək sürətlə qoşulma imkanları yaranmışdır. Milli informasiya şəbəkəsinin inkişafı və dünya verilənlər bazasına pulsuz qoşulmanı təmin etmək məqsədi ilə "Virtual ipək yolu" layihəsinin ilk mərhələsinin başa çatdırılması ali məktəblərin bütün müəllim və tələbə heyəti üçün yeni imkanlar yaratdı.

İT - bazarının artım perspektivləri

[redaktə | mənbəni redaktə et]

Türkmənistanda İT-texnologiya bazarının perspektivləri bazar münasibətlərinin inkişafında və telekommunikasiya sistemi sahəsində dövlət siyasətindən çox asılıdr. Belə ki, əhalinin çox hissəsi internetin informasiya vasitələrindən və elektron poçta çox böyük maraq göstərirlər. Ümumdünya şəbəkəsindən istifadə etmək istəyənlərə də kompyüterin olmaması və yaxud qoşulmanın yüksək tarifli olması əngəl törədir. Bununla yanaşı ölkə prezidenti Saparmurat Niyazovun rabitə sahəsi üzrə proqramında 2010-cu ilədək peycinq və şanvarı rabitənin fəaliyyət zonasını genişləndirməklə yerli telefon şəbəkəsinin tutumunun 660 min nömrəyə çatdırılması planlaşdırılmışdır.

Televiziya və radio

[redaktə | mənbəni redaktə et]

Türkmənistanda radioyayım 1927-ci ildən müntəzəm olaraq fəaliyyət göstərir. Hələ o vaxt Aşqabadda uzundalğalı radioyayım stansiyası tikilmişdir. ölkədə 1928-ci ildə 420 , 1940-cı ildə isə 25 min radiotranslyasiya məntəqələri var idi.

Türkmənistan televiziyası 1958-ci ildə yaranıb. 1959-cu ildə Aşqabaddan 70–80 km məsafədən verilişləri qəbul edən, hündürlüyü 165 metr olan Aşqabad telemərkəzli teleqüllə fəaliyyətə başladı. 1967-ci ildə "Orbita" qəbuledici stansiyası fəaliyyətə başladı və "Molniya-1" peyk rabitə sistemi vasitəsilə Moskvadan mərkəzi televiziya verilişlərini qəbul etməyə başladı. 1994-cü ildə ölkədə 800 min televiziya qəbuledicisi var idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]