Türkmənistan ağcaqayını

Türkmənistan ağcaqayını (lat. Acеr turkestanicum)

Türkmənistan ağcaqayını
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimali-Şərqi Əfqanıstan, Türküstan, Özbəkistan, Tacikistan, Pamir-Alay, Tyan-Şyan, Avropa, Türkiyə, İran, Orta Asiya və Pakistanda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15 m-dək olan kol və ya kiçik ağacdır. Budaqları çılpaq, qonurdur. Yarpaqları kəsiyində 10-20 sm, kənarları dişli, tükcüklü, 5-7 pərlidir ki, pərləri ucu biz, çılpaq, saplaqların uzunluğu 10-20 sm, südlüdür. Çiçəkləri sarı-yaşıl, diski bənövşəyi, uc salxımlı, uzunluğu 3-4 sm-dir. Qozaları yığcam, çılpaqdır. Meyvələri 2,5-5 sm, sarımtıl-qonur, qanadları əyilmiş, düz bucaqlı, hamardır. Qabığı tünd boz, budaqları qırmızımtıl-qonur, zoğları cavan, yaşılımtıl, kiçik vəziciklərlə örtülmüş, tumurcuqları qırmızımtıldır. Öz yaşayış yerində və mədəni şəraitdə nadir növdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Torpağa tələbkar, istisevən rütubətə davamlı, çimli, qumlu torpaqlarda yaxşı bitən bitkidir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Respublikamızın bir çox rayonlarında mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yol kənarı ətrafının yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. Payız aylarında yarpaqları saralır və bu da bitkiyə daha çox dekorativ görünüş verir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.