Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Türkmənistan itüzümü (lat. Lycium turcomanicum)
Türkmənistan itüzümü | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Mərkəzi Asiyada, İranda, Şimali Amerikada, Çində, Türkmənistanda, Qazağıstanda, Özbəkistanda yayılmışdır.
Hündürlüyü 0,60-1,25 m, çox iynəli, ağımtıl gövdələri çox şaxələnmiş, çoxillik koldur. Kök sisteminin dərinliyi 1,5–2 m-dir. Yarpaqları növbəli, ellipsvari-uzunsov (uzunluğu 5–20 mm, eni 3–7 mm), qısa saplaqları möhkəm olmaqla, iynələrin ətrafında yerləşmişdir. Çiçəkləri ağ-bənövşəyi, çiçək qrupunda 1-6 ədəddir. Tozcuğun toxumu 2 hüceyrəlidir. Yumurtalığı yaxşıdır. Aprel, may aylarında çiçəkləyir. Meyvələri 3–4 mm diametrində qara rəngdə olub, şirintəhər, xoşagəlməyən iy verir. Toxumları kiçik, embrion kəsikli, ətrafında böyük endosperma yerləşir. Üst qatı bərk, qalın olub, 2-4 ay ərzində, may-sentyabr aylarına qədər yetişir. Payızda-qışda yarpaqları və meyvələri kolun üzərindəki sıx iynələrə görə çətin seçilir.
Kserofit, freatrofit bitki olub çay kənarlarlında, nisbətən quru ərazilərdə rast gəlinir.
Kiçik Qafqazda, Kür-Araz ovalığında, Naxçıvanda təbii halda yayılmışdır.
Uzun müddətli çiçəkləyir. Canlı çəpərlərin salınmasında istifadə edilir. Yaşıl yarpaqları və yetişmiş meyvələri mal-qara tərəfindən yeyilir.