"Türkmaneli" (qəzet) — Ərbil şəhərində çap olunan qəzet.
"Türkmaneli" (qəzet) | |
---|---|
Təsisçi | Dilşad Tərzi |
Baş redaktor | Ümid Bənnaoğlu |
Dil | ərəb və türk dilləri |
Şəhər | Ərbil |
Ölkə | İraq |
Qəzetin 1994-cü ildə ilk sayı İraqın quzeyində Ərbil şəhərində işıq üzü görüb. İraq Türkman Cəbhəsinin mətbu orqanıdır. Ancaq o dövrdə Barzani hakimiyyəti İraq Türkman Cəbhəsinə laqeyd yanaşıb, qəzetin bir şəxs üzərinə olmasını istəyib. Qəzetin təsisçisi Dilşad Tərzi, baş redaktoru Ümid Bənnaoğlu olub. Ərəb və türk dillərində həftədə iki dəfə işıq üzü görən qəzet orta həcmdə siyasiyönümlü qəzetdir. Qəzet Türkiyədə rəsmi şəkildə qəbul edilib.
Qəzet məzmun baxımından o qədər də zəngin olmasa da o dövrdə başda ABŞ olmaqla, Avropa, Kanada və Türkiyənin bir çox yerinə qəzetin yayılması ilə İraq türklərinin səsini çatdırıb. 2003-cü ildə İraq Türkman Cəbhəsi rəhbərliyi Ərbildən Kərkükə köçdükdən sonra qəzet də Kərkükdə dərc edilməyə başlanıb. Qısa müddət çətin şərtlər altında dərc edilsə də, indi müntəzəm olaraq həftədə 2 dəfə Kərkükdə fəaliyyət göstərir. Qəzetin baş yazarı Nəcat Kevsər, baş direktor Aydın Kərkük, nəşr katibi Fəlah Yazaroğludur.[1]