Tıvanın inzibati bölgüsü

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]
Tıva Respublikasının inzibati xəritəsi

«Tıva Respublikasının inzibati-ərazi quruluşu haqqında» Tıva Respublikasının Qanununa əsasən bölgəyə aşağıdakılar daxildir:[1][2]

  • 2 respublika tabeliyindəki şəhər (şəhər rayonları)
  • 17 kojuun (bələdiyyə əraziləri) və onların tərkib hissələri
    • 3 kojuun (rayon) tabeliyindəki şəhərlər (şəhər qəsəbələri)
    • 1 şəhər tipli kojuun (rayon) tabeliyində qəsəbə (şəhər qəsəbəsi)
    • 120 sumon (kənd yaşayış məntəqələri).

Tıva Respublikasının Konstitusiyasına görə, Rusiya Federasiyasının tabeçilinə 17 kojuuun (bələdiyyə ərazisi), 2 şəhər dairəsi, həmçinin digər yaşayış məntəqələri (kənd və şəhər) daxildir[3]

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Respublikanın quruluşunun tərkib hissəsi olaraq 1 yanvar 2016-cı il tarixinə görə Tıvanın inzibati ərazi vahidləri hüdudlarında 143 inzibati birləşmə daxildir:

  • 2 şəhər dairəsi,
  • 17 inzibati rayon (kojuun)
    • 4 şəhər qəsəbəsi,
    • 120 kənd yaşayış məntəqəsi (sumon).

Tıva Sin imperiyasının tərkibində

[redaktə | mənbəni redaktə et]

XVIII əsrin ortalarında, Çinə aid olan müasir Tıvanın ərazisi 4 inzibati vahidə - koşunlara (kojuun) bölündü: Tesinqol (ya da Oyunnar), Tocinur (Tocixoşun), Hemqol (Salçak) və Xubsuqol (Xasut). 1808-ci ildə Xeçik xoşunu qurulur. 1878-ci ildə Xubsuqol xoşunu Şimali Monqolustana verildi. 20-ci əsrin əvvəllərində xoşunların sayı 7-ə çatdı: Beyşe-Xoşun, Daa-Xoşun, Maadi, Oyunnar, Salçak, Tocin və Çoodu. İnzibati olaraq bütün Tıva torpaqları Şimali Monqolustan general qubernatoruna tabe idi. Xoşunlar sumon və arbanlara bölünürdü[4].

  • 1921. Tıva 7 xoşuna bölünür: Beyse-Xoşun, Daa-Xoşun, Maadi, Oyunnar, Salçak, Tocin, Şalık-Sartıl.
  • 1923. Tıva 6 xoşuna bölünür: Salçak, Tes-Xem, Tocin, Uluq-Xem, Uyuk və Xemçik (Beyse-Xoşun və Daa-Xoşundan ibarətdir)
  • 1929. Daa-Xoşun Barun-Xemçik, Beyse-Xoşun Dzun-Kemçik, Salçak Kaa-Xem adlandırıldı.
  • 1932. Kaa-Xem xoşunları Biy-Xem və Tannu-Ol xoşunlarına, daha sonra isə Tere-Xola ayrıldı.
  • 1941. Altı yeni xoşun quruldu: Bay-Tayqin, Monqun-Tayqin, Ovyur, Sut-Xol, Çaa-Xol və Erzin.

Tıva SSRİ tərkibində

[redaktə | mənbəni redaktə et]

Tıva SSRİ-nin tərkibinə daxil olandan sonra Tıvanın yeni inzibati-ərazi bölgüsü 7 avqust 1945-ci ildə təsdiq edilır. Qızıl vilayət tabeliyindəki bir şəhər, Turan, Çadan və Şaqonar rayon mərkəzləri statusunu alır. Bay-Syut, Norin, Xaral və Ami kimi işçi yaşayış məntəqələri (qızıl hasilatının dayandırılması səbəbiylə 1956-cı ildə ləğv edildi) meydana gəlir, həmçinin ərazilər: Bai-Taqqin (mərkəzi Teeli kəndi), Barun-Kemçik (Qızıl-Mazhalıq kəndi), Dzun-Xemçik (Çadan şəhəri), Kaa-Xemm (Sarıq-Sep kəndi), Qızıl (Qızıl şəhəri), Monqun-Tayqin (Muqur-Aksu kəndi), Ovyur (Xandaqaytı kəndi), Piy-Xemm (Turan şəhəri), Sut-Xol (Suq-Aksu kəndi), Tandin (Bay-Haak kəndi), Tere-Xol (Çırqalandı kəndi), Tes-Xem (Samaqaltay kəndi), Tocin (Toora-Xem kəndi), Uluq-Xemm (Şaqonar şəhəri), Çaa-Xol ( Çaa-Xol kəndi), Erzin (Sarıq-Bulun kəndi).

1953-cü il. Monqun-Tayqin və Tere-Xol rayonları ləğv edilir. 1957 il. Qızıl rayonu ləğv edildi. 1961-ci il. Sut-Xol və Çaa-Xol rayonları ləğv edilir. 1963-cü il. Bay-Tayqin və Erzin rayonları ləğv edilir. 1964-cü il. Ak-Dovurak şəhəri qurulur. 1965-ci il. Bay-Tayqi və Erzin rayonları bərpa olunur. 1968-ci il. Monqun-Tayqin rayonu bərpa edilir. 1975-ci il. Qızıl rayonu bərpa edilir. 1983-cü il. Sut-Xol rayonu bərpa edilir. 1992 il. Çaa-Xol rayonu bərpa edilir. 1993-cü il. Çedi Xol rayonu qurulur. 1994-cü il. Rayonlar kojuun adlandırlır[5]. 2002-ci il[6]. Tere-Xol kojunu bərpa edilir.

  1. "Закон «Об административно-территориальном устройстве Республики Тыва»". 2016-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  2. "Реестр административно-территориального деления Республики Тыва". 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
  3. "Конституция Республики Тыва". 2020-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  4. ИЗ ИСТОРИИ НАЛОГОВ ТУВЫ[ölü keçid]
  5. "Закон Республики Тыва от 13 июля 1994 года № 130 «Об административно-территориальном устройстве Республике Тыва»". 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  6. "Тере-Хольский кожуун". Официальный портал Республики Тыва. 2016-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-30.