Təşkilati Məxsusə[3] (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında, daha dəqiq İttihat və Tərəqqi kabinetinə tabe olan təşkilat. Fəaliyyət sahəsinə kəşfiyyat-diversiya propaqanda və dövlətin rəsmi olaraq edə bilməyəcəyi (sui-qəsdlər, şantaj və s.) işlər daxildir. Təşkilat qeyri-rəsmi olaraq ilk dəfə 1911-ci ildə Trablusgarp müharibəsində fəaliyyət göstərmişdir. 1913-cü ilin 18 noyabrında isə rəsmi olaraq yaradılmışdır. Təşkilatın hərbi qanadını Süleyman Əsgəri bəy,İdeoloji əsaslarını isə Dr. Nazim və Bahaeddin Şakir bəy formalaşdırmışdır. 1914-cü ilin 4 avqust tarixində isə Təşkilat "Umûr-ı şarkiye dairesi" adı altında Hərbi Nazirliyin nəzarət şöbəsinə daxil edildi. Birincisi dünya müharibəsində bu təşkilat Mərakeş, Tunis, Liviya, Balkanlar, Qafqaz, İran və Hindistan kimi coğrafiyalarda əməliyyatlar həyata keçirmişdir. Təşkilatın 4 rəhbəri olmuşdur: Süleyman Əsgəri bəy,Xəlil Qut Paşa,Cavad Çobanlı Paşa və gənc tunislilər hərakatının rəhbəri Əli Başhampa.1918-ci ilin 8 oktyabrında Tələt Paşa hökumətinin istefası ilə rəsmi olaraq "Umûr-ı şarkiye dairesi" də ləğv edilmişdir. Lakin buna baxmayaraq Türkiyə istiqlal müharibəsində bu təşkilatın üzvləri müxtəlif qruplar yaradaraq( Mim-Mim qrupu,Karakol cəmiyyəti və s.) qələbənin qazanılmasında rol oynamışdır.[4] [5] B[6]
Təşkilati Məxsusə | |
---|---|
Yaranma tarixi | 17 noyabr 1913[1], 4 avqust 1914[2] |
Vikianbarda əlaqəli mediafayllar |