Təbii faktorlar təsirinin birliyi qanunu

Təbii faktorlar təsirinin birliyi qanunu- Məhsulun həcmi bütün ekoloji faktorların birgə təsirindən asılı olur.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Bu qanun həmçinin Mitçerlix-Tineman-Bayle qanunu da adlanır. Belə ki, məhsulun həcmi hətta limitləşdirici faktor olsa belə ayrıca faktorlar təsirindən asılı olmayıb eyni zamanda bütün ekoloji faktorların birgə təsirindən asılı olur. Hazırda hər bir faktor zərrəciyinin birgə təsirini hesablamaq olar. Müəyyən şəraitlərdə, əgər təsir monotondursa və baxılan həmin birlikdə digər faktorların dəyişilməməsi şərtində  hər bir faktor maksimal aşkar edilə bilirsə onda bu qanun qüvvədə ola bilir. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə.İ.Babayev, Mühəndis geologiyası, Bakı-2012