Təbii arx, təbii körpü və ya daha az tanındığı adıyla qaya arxı — qaya parçasının alt tərəfində meydana gələn təbii qaya forması.Təbii körpülər daxili qayalardan, sahil qayalarından, sahil xəttində yerləşən qayalardan, çaylardan və ya dəniz və çaylarda eroziyaya uğrayan təbii tağlardan formalaşır. Hal-hazırda mövcud olan ən böyük təbii kəmər Çində yerləşir.[1]
Təbii körpülər təbii bir arx və ya təbii bir körpü müxtəlif formalarda qaya altlarında formalaşırlar. Bu təbii kəmərlər aşınma prosesində pilləli olaraq daralırlar. Bu zaman pilləli olaraq çölə tərəf meyl edən uçurum meydana gəlir.
Təbəqənin altında yumşaq qaya layında qayalıq sığınacaqlar formalaşır. Bunun nəticəsində divarlı dar bir körpü meydana gəlir. Dəniz, çay və eroziyaya məruz qalan ərazilərdə ilk nöbvədə uçurumlar formalaşır. Ayrılma prosesi (havaaltı proseslər) qayaların zəif olduğu sahələrdə mövcud olur və təbii kəmərlər də əsasən buralarda müşahidə olunur.
Sahil ərazilərində təbii körpülər iki fərqli geologi quruluşla əlaqəli olaraq formalaşır. Bir-birinə zidd olan sahillərdə 90 dərəcə altında sahilə doğru uzanan qaya növləri mövcuddur. Formanın ilk mərhələsi olan mağaralardan sonra arx formaları ortaya çıxır. Ətrafında isə qayaları və qaya parçalarını formalaşdırır. Bu zaman formalaşmağa ən meyilli olan qaya növlərinə zərif qayalar və sahil xəttinə paralel olaraq yerləşən qayalar daxildir.