Təbii resurslar

Təbii resurslar – cəmiyyətin maddi və mədəni tələbatını ödəmək üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir[1].

Təbii resursların bərpası

[redaktə | mənbəni redaktə et]

Kompleks tədbirlər həyata keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.).

Təbii resursların coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Coğrafiya elminin bir hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi, onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını tədqiq edir.

Təbii resurs potensialı

[redaktə | mənbəni redaktə et]

Təbii nemətlərdən (torpaq, bitki, heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə edilməsi imkanları (mümkünlüyü) məcmusu

Təbii resursların inventarizasiyası

[redaktə | mənbəni redaktə et]

Müxtəlif statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının, keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu.

Təbii resursların qiyməti

[redaktə | mənbəni redaktə et]

İstehsal dövriyyəsinə qatılan faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti.

Təbii resursların səmərəli istismarı

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması:

  1. Təbii sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi;
  2. Yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə;
  3. Təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək;
  4. Uzunmüddətli ekoloji-sosial balansın təmin olunması.

Təbii resursların əvəz olunması

[redaktə | mənbəni redaktə et]

Təbii resursların əvəz olunması - bir təbii resursun, bir qayda olaraq, hazırkı tarixi dövr üçün iqtisadi cəhətdən daha səmərəli sayılan digəri ilə əvəz edilməsidir. Təbii resursların əvəz olunmasına energetik sıranı misal göstərmək olar: ağac yanacağı - mineral yanacaq - atom və ya günəş enerjisi. Bir sıra təbii resurslar texnoloji mümkünat olmadığından və ya insanın həyati təlabatına uyöun olmayan istənilən digər resursla əvəzolunmazdır; rekreasiya resursunun itirilməsi insanın sağlamlığına zərbə vurur.[2]

Təbii resursların təsnifatı

[redaktə | mənbəni redaktə et]
  • Mənbəyinə və yerləşməsinə görə energetika resursları, atmosfer, qaz resursları, su resursları, litosferin resursları, bitki resursları, iqlim resursları;
  • Tükənmə sürətinə görə – tez tükənən, tədricən tükənən resurslar;
  • Bərpa olunmasına görə bərpa olunan və bərpa olunmayan resurslara bölünür.

Təbii resursların və təbii şəraitin xəritələşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Təbii resursların sahəcə təbii yayılmasının xəritə üzərinə köçürülməsi (kəmiyyət və keyfiyyət göstəriciləri ilə) və təbii şəraitin regional xüsusiyyətlərinin əks olunması.

Təbii resursların tükənməsi

[redaktə | mənbəni redaktə et]

Təbii resursların mümkün ehtiyatı və onun təbii sistemdən zərərsiz (təhlükəsiz) çıxarılma norması ilə təbiətin (təbii resursların) məhsuldarlığı və bərpa olunma qabiliyyəti, bərpa olunan resursların hasil olunması (çıxarılması) onun təbii bərpa olunması tempindən (sürətini) keçməsi nəticəsində uyğunluğun pozulması prosesi. Təbii resursların tükənməsi hazırkı elmi-texniki tərəqqi dövründə müasir təbiətdən istifadənin əsas neqativ ekoloji xarakteristikası hesab olunur.

Təbii resursların uçotu

[redaktə | mənbəni redaktə et]

Təbii resursların səmərəli istifadəsi məqsədilə onların kəmiyyət və keyfiyyətinin naturada aşkar edilməsi.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  2. Məmmədov Q.Ş., Xəlilov M.Y., Ensiklopedik ekoloji lügət. Bakı-Elm-2008