Təbriz Bələdiyyə Sarayı 1936–1940 illəri ərzində Təbrizin o dönəmdə olan bələdiyyə rəisi Ərfə-ülmük Cəlili tərəfindən inşa edilmişdir.[1]
Təbriz Bələdiyyə Sarayı | |
---|---|
Ölkə | İran |
Şəhər | Təbriz |
Rayon | Şərqi Azərbaycan |
Sifarişçi | Ərfə-ülmük Cəlili |
Tikilmə tarixi | 1936-1940 |
Hündürlüyü | 30 m |
İkinci Dünya müharibəsi zamanı Azərbaycan Milli Hökumətinin mərkəzi olaraq istifadə edilmişdir. Azərbaycan Milli Hökuməti dönəmindən qalan bir sıra sənədlər bu binanın muzey bölməsində saxlanılır.[1]
Sarayın saat qülləsinin hündürlüyü 30 metrdir və memarlıq baxımından o dönəmdə alman memarlığından ilham alması diqqət çəkir. Binaya yuxarıdan baxındığında bir uçan qartal şəklində olduğu məlum olur.[1]