Təbriz Neft-Kimya Sənayesi

Təbriz Neft-Kimya Sənayesi kompleksi — 408 hektar sahəni əhatə edir. Kompleksin fəaliyyətə başlaması üçün 1.05 milyrad dollar və 527 milyard rial vəsait sərf olunub. Layihə ilk öncə 1987 –ci ildə ölkənin büdcə qanununda öz əksini taparaq 1988-ci ilin fevral ayında neft-kimya kompleksinin rəhbərliyi tərəfindən də müsbət qarşılanıb. İran mütəxəssislərinin zəhməti ilə 1989-cu ilin ll yarısından e`tibarən planlaşdırma və mühəndis işlərinə başlanılıb. 1992–ci ildə ilk quraşdırma işlərinə başlanılıb və 1997–ci ilin yanvar ayında kompleks fəaliyyətə başlayaraq 1998– ci ilin mart ayında daha da təkmilləşdirilib.

Təbriz Neft-Kimya Sənayesi

İstehsal məhsulları

[redaktə | mənbəni redaktə et]

Kompleksin əsas istehsal məhsulları polietilen, polistayrən, propilen qreydləridir. Kompleksin I xətti ABS və BD qreydlərini istehsal etmək qabiliyyətindədir. Bu layihə 2002–ci ilin ortalarında istifadəyə veriləcək.

Olfin (Olphine) şöbəsi kompleksin ən böyük istehsal şö`bəsi olaraq ildə 136000 ton etilen (Ethylene) istehsal edir. Ölkədə ilk dəfə olaraq etilen bənzen (Ethylene benzene), stayren monomer (Styrene monomer), adi,davamlı ve genişləmiş polistayren (Polystyrene) Təbrizin neft-kimya kompleksində istehsal olunur. Kompleks ölkənin daxili bazarının ehtiyaclarını tə`min edir. onu da qeyd edək ki, əvvəllər polistayren xaricdən alınırdı.

Texniki məlumatlar

[redaktə | mənbəni redaktə et]

Müəssisnin istehsalat şö`bələrinin işə salınmasıdakı texniki mə`lumatlar dünyanın məşhur şirkətlərinə məxsusdur.

  1. OLFİN (Olphine) şö`bəsi –(monomer etılen propilen (Ethylene and Propylene monomers) istehsalı ilə məşğul olaraq ildə 136000 ton etlen istehsal edir) texniki mə`lumatları İngiltərənin, Fransanın,Hollandiyanın SHELL / IFP / KTI şirkətinə məxsusdur.
  2. Hidrogenetik piroliz benzin (hydrogenation benzyne pyrolize) və bənzin ixracat şö`bələrinin texniki mə`lumatları da Fransa və Almaniyanın IFP / KK şirkətlərinə məxsusdur.
  3. Buten (Butene)- 10 istehsal şö`bəsinin (ildə 7000 ton istehsal qabiliyyəti var) texniki mə`lumatları Fransanın IFP şirkətinindir.
  4. Yüngül və ağır polietilen (Poly ethylene) şö`bəsinin (100000 ton istehsal qabiliyyəti var) texniki mə`lumatları ingiltərənin BP şirkətinə məxsusdur.
  5. Etilbenzin (Ethyle benzene), monomer stayren (Styrene monomer) istehsal şö`bələrinin məlumatları 2 ABŞ və 1 Hollandiya şirkətinə- UOP/MONSANTO/ LUMMUS-a məxsusdur.
  6. Genişlənmiş polistayrenin (Poly styrene)(ildə 15000 ton istehsal qabiliyyəti) texniki mə`lumatları Avstryanın SUMPOR şirkətinə məxsusdur.
  7. Adi polistayren (Poly styrene)(ildə 25000 ton) və davamlı polistayren (ildə 40000 ton) şö`bələrinin texniki mə`lumatları Fransanın ATOCHM şirkətindən alınıb.

Kompleksin əsası qoyularkən daxili imkanlardan istifadə etmək qərarına gəlinmışdi. Yə`ni İranda olan təchizatın xaricdən alınmasına icazə verilmədi. Kompleksin ətraf mühitə tə`siri haqqında onu demək olar ki müəssisə elə təşkil olunub ki,ətraf mühitə heç bir zərər yetirmir. Kompleks yaşayiş mühütünün qorunmasında ISO – 18001 , iştehsal etdiyi məhsulların keyfiyyətinə görə isə beynəlxalq standartlara uyğun ISO-9002 göstəricisini əldə etməyə müvəffəq olub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Qaynaq (Mənbə)

[redaktə | mənbəni redaktə et]