Təcili tibbi yardım maşını

Böyük Britaniyada təcili tibbi yardım maşını.

Təcili tibbi yardım maşını və ya ambulans— xəstələri xəstəxanalara nəql edən tibbi cəhətdən təchiz olunmuş nəqliyyat vasitəsi. Bəzi hallarda xəstəyə xəstəxanadan kənar tibbi yardım göstərmək üçün istifadə olunur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ambulans ilk dəfə təcili nəqliyyat vasitəsi kimi 1487-ci ildə İspaniyada istifadə olunmuşdur.[1] XIX və XX əsrdə müasir variantları yaranmışdır.

Nəqliyyat vasitələri[redaktə | mənbəni redaktə et]

Ambulans kimi əsasən furqonlu maşınlardan istifadə olunsa da, motosiklet, velosiped, vertolyot, qayıq, avtobus, at qoşqusu formasında olan ambulans növləri də mövcuddur. Qayıq ambulanslar ada ərazilərində istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Katherine T. Barkley. The Ambulance. Exposition Press. 1990.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]