Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi — Daxili İşlər Nazirliyinin orqanı.
Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı Daxili İşlər Orqanlarının çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Bu məqsədlə, "Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Mərkəzi"nin binası tikilərək beynəlxalq standartlara uyğun olaraq dünyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilmiş və ilkin mərhələdə Bakı şəhərində müəyyən edilmiş 200 nöqtədə 550 ədəd (bunlardan 200-ədədi mərkəzdən idarə olunan, 350-ədədi sabit) videokameralar quraşdırılmışdır.
Videokameraların qeydə aldığı görüntülər Mərkəzdən əlavə, Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi idarəsi, DİN-in inzibati binasında yerləşən qərargah, BBPİ-i, BDYPİ, BMİ, Bakı şəhər DYPİ, həmçinin Bakı şəhər rayon polis idarələri tərəfindən həmin rayonun inzibati ərazisini əhatə etməklə müşahidə olunur. Qeydə alınan bu görüntülər 30 gün müddətinə arxivləşdirilir, şəhərdə baş verən hadisələrə canlı və ya arxivdən baxılması təmin edilir. Zərurət yarandıqda arxivdəki görüntülər müxtəlif elektron informasiya daşıyıcılarına köçürülərək daha uzun müddətdə saxlanıla bilər.
1)10.000-lərlə kameranı mərkəzdən izləmək və idarə etmək imkanına malikdir. Mərkəzdən sistemə bağlanmış bütün cihazların idarə olunmasını təmin edir. Hərəkətin izlənməsinin mərkəzdən idarə olunması və tənzimlənməsi mümkündür. 128 bit şifrləmə əlaqənin təhlükəsizliyini təmin edir. Sistem genişlənmə və inteqrasiya olunma imkanına malikdir. Kütlə içərisindən şübhəli şəxsin sifətinin seçilməsi mümkündür. Tıxaclarla bağlı naviqasiya xəritəsi üzərində hərəkət marşrutlarının seçilməsi. Avtomatlaşdırılmış idarəetmə sistemi alternativ şəbəkəyə malikdir.
2)İntellektual və istifadəsi sadə olan idarəetmə sistemi.
3)Elektron Xəritə üzərində video-axtarış imkanı. Elektron xəritə üzərində yerləşdirilən kameralar vizual olaraq operativ axtarış imkanına malikdir
4)Arxiv Sistemi. Rayon əraziləri üzrə görüntülərin arxivləşdirilməsi və 30 gün müddətində saxlanması.
5)Şübhəli Əşya. Şübhəli Əşya qeydə alınarkən İdarəetmə Mərkəzinə həyəcan siqnalı ötürülür.
6)Nömrə oxuma və axtarışda olan avtomobili müəyyən etmə. Sistem avtomatik olaraq avtomobil nömrələrini qeydə alır.
7)Qırmızı İşıq qeydə alınması və Avtomatik Nömrə Oxuma. Qırmızı İşıqda keçən avtomobillər avtomatik olaraq qeydə alınır.
8)Qadağan olunmuş ərazidə avtomobilin dayanması. Avtomatik olaraq qeydə alınaraq Mərkəzə ötürülür.
9)İntellektual Yol analizi və idarəedilməsi
10)Antivandal Kamera Qoruyucu. Zərbəyə davamlı kamera qoruyucusu