Təhlükəsiz rejim

Təhlükəsiz rejim (safe mode) – kompüterin əməliyyat sisteminin diaqnostik rejimi. Təhlükəsizlik rejimi əməliyyat sistemi ilə bağlı bir çox problemlərin aradan qaldırılması üçün nəzərdə tutulub. Microsoft Windows, Mac OS X və Ubuntu kimi çağdaş əməliyyat sistemlərində təhlükəsizlik rejimi gerçəkləşdirilib (Mac OS X sistemində bu rejim "Safe Boot" adlanır). Mürəkkəb elektron qurğularda da belə bir rejim nəzərdə tutulur. Təhlükəsizlik rejimində əməliyyat sisteminin funksionallığı məhdudlaşdırılır, ancaq problemlərin seçdirilməsi asanlaşır, çünki mahiyyətə uyğun olmayan komponentlərin əksəriyyəti “söndürülür”. Microsoft Windows əməliyyat sistemində təhlükəsizlik rejimi sistemin yüklənməsi zamanı F8 klavişi vasitəsilə aktivləşdirilir. Standart "Safe Mode" variantı ilə bərabər, bu menyuda bir sıra digər təhlükəsiz rejimlər də mövcuddur:

  • Safe Mode with Networking – Şəbəkə dəstəkli Təhlükəsiz rejimdir, şəbəkənin istifadəsi üçün lazım olan sürücü və xidmətləri yükləyir. İnternet və ya lokal şəbəkədən istifadə etməyə imkan verir.
  • Safe Mode with Command Prompt – Əmr sətri ilə Təhlükəsiz rejimdir, adi rejim ilə eynidir, lakin standart qrafik mühit yerinə əmr sətrini (cmd.exe) işə salır.
  • Enable VGA Mode – VGA rejimi, Windows-u 640x480 ekran keyfiyyəti ilə işə salır və cari sürücüdən istifadə edir (adi təhlükəsiz rejimi isə vga.sys sürücüsündən istifadə edir). Videoadapter və ekran parametrləri ilə yaranan problemləri həll etmək üçün istifadə olunur.
  • Debugging Mode - Xəta diaqnostikası rejimi, xətalar haqqında məlumatı kabel vasitəsilə xüsusi qurğuya ötürür.
  • Enable Boot Logging – Yüklənmə jurnalını aktivləşdir, bütün əməliyyatlar haqqında qeydləri Ntbtlog.txt adlı fayla qeyd edir. Bu fayl %SystemRoot% (əsas diskdə) qovluğunda yerləşir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]