Təhlükəsizlik teatrı — faktiki təhlükəsizliyi təmin etmək yerinə daha çox təhlükəsizlik təəssüratı yaratmaq təcrübəsi.[1][2] Termin ilk olaraq Brüs Şayner tərəfindən istifadə edilmişdir.[3] O vaxtdan bəri media və ictimaiyyət tərəfindən, əsasən də Nəqliyyat Təhlükəsizliyi Administrasiyası haqqındakı müzakirələrdə geniş şəkildə istifadə edilmişdir.[4]
Təhlükəsizlik teatrı taktikasının istifadəsi iddia edilən diskriminasiya və potensial iqtisadi çatışmazlıqların müzakirəsini əhatə edən bir qədər mübahisəli mövzudur. Buna görə də bu termin mənfi məna daşıyır və tənqid vasitəsi kimi istifadə olunur.[3]
Təhlükəsizlik teatrının tənqidləri tərəfindən şübhə altına alınan təcrübələrə hava limanındakı təhlükəsizlik kimi tədbirlər daxildir.[5][6][7]