Təhməz Qəhrəman oğlu Bağırov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycanlı şəhid.
Təhməz Bağırov | |
---|---|
Təhməz Qəhrəman oğlu Bağırov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Nəriman kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdərə |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
1971-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Orta məktəbi qurtarıb. Fədakarlığı, qoçaqlığı ilə yaddaşlara həkk olunub
Dağların qızıl qönçələrə bələnməsi Təhməzin ürəyini yerindən oynatdı. Güllər durna qatarına bənzəyirdi. Təhməz istədi güllərin içi ilə addımlasın, amma qıymadı. Həsrət-həsrət güllərə baxdı. Öz-özünə pıçıldadı: “Görəsən, dünyada belə cənnət diyar varmı?” Və birdən yadına Xocalı hadisəsi düşdü. Gözəllik də, dağların görkəmli də Təhməzin yadından çıxdı. Qət etdi ki, hərbi komissarlığa müraciət etsin. Polkovnikə yaxınlaşdı: – Məni döyüş bölgələrinə göndərin, – dedi. Polkovnik bu yaraşıqlı oğlanı xeyli süzüb fikrə getdi. Rəsmi görkəm alıb dedi: – Evinizə gedin, lazım olanda çağıracağıq. Təhməz narazılıq etdi: – Vətən təhlükədədir. Siz məni yoldan qaytarırsınız. Mən Vətənə indi lazımam. Xahiş edirəm məni döyüşən hissəyə göndərəsiniz. Polkovnik əlini Təhməzin çiyninə qoyub qayğılı-qayğılı dilləndi: – Halal olsun sənə, oğul, atanın, ananın çörəyi! Sən igid oğlansan.… Üç gündən sonra Təhməz Ağdərəyə yola düşdü. Burada torpaq da, daş da od tutub yanırdı. Ermənilər Ağdərəni əllərində saxlamaq üçün bütün qüvvələrindən istifadə edir, tankların və piyada döyüş maşınlarının gücündən istifadə edirdilər. Milli ordumuz isə nəyin bahasına olursa olsun Ağdərəni almağı qarşısına məqsəd qoymuşdu. Burada ölüm-dirim müharibəsi gedirdi. Yer-göy lərzəyə gəlmişdi. Təhməzin döyüşdüyü rotanın əsgərləri sol cinahdan düşmənin piyada bölüyünün qarşısında mərdliklə dayanmışdılar. Düşmən əsgərləri hərəkət edə bilmirdilər. Təhməz ön cərgədə döyüşürdü. O, düşmənin başına od-alov yağdırırdı. Yoldaşları hər dəfə: Özünü gözlə, – desələr də Təhməz Ağdərəyə can atırdı. “Qüllənin alınması” əməliyyatı başa çatmaq üzrə idi. Yoldaşlarnı da döyüşə ruhlandırırdı Təhməz. Düşmən snayperi bu çevik, bacarıqlı Azərbaycan oğlunu sıradan çıxartmaq üçün xeyli əlləşdi. Qəfil açılan güllə onun yanar ürəyini əbədilik susdurdu. Az vaxt ərzində neçə-neçə döyüşlərdə iştirak etmişdi. Onun ürəyində nə səngərlərin soyuğu, nə də düşmən güllə-sinə tuş gəlmək vardı. Oddan-alovdan keçib cəsur bir döyüşçü olmuşdu. Ağdərədə qeyrət döyüşündə əbədiyyətə qovuşdu Təhməz. Onun ölüm xəbərinə əzizləri inanmadı… “Belə cəsur oğul ölə bilməz”! – dedilər. “Şəhidlər xiyabanı”nda Gədəbəyin bir igidi də əbədiyyətə qovuşdu. Hər gün məzarı üstünə təzə-tər qərənfillər qoyulur. Həmin güllər Təhməzin nakam ömrünə göz yaşı tökür, ağı deyir. Təhməz 21 il yaşadı. Qalan ömrünü isə gələcək nəsillərə, bugünkü balalara bağışladı. Başını uca tut, Qəhrəman kişi, oğlun Təhməz ölməyib. Torpaqlarımızın azadlığı yolunda şəhid olub. Belə şəhid oğullar isə Vətən, xalq yolunda döyüşdükləri üçün ölmür, əbədiyyətə qovuşurlar!
Gədəbəy rayon qəbiristanlığında dəfn olunub.