Təhminə Milani (fars. تهمینه میلانی, 6 sentyabr 1960, Təbriz) — Azərbaycan əsilli İran rejissoru, ssenaristi, prodüseri [1].
Təhminə Milani | |
---|---|
fars. تهمینه میلانی | |
Doğum tarixi | 6 sentyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, film prodüseri, memar, rejissor |
Fəaliyyət illəri | 1980-ci ildən |
Təhsili |
|
IMDb | ID0586841 |
Vikianbarda əlaqəli mediafayllar |
Təhminə Milani 6 sentyabr 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ali təhsilini 1986-cı ildə Tehranda Elm və Tenxologiya İnstutunda memarlıq ixtisası üzrə başa vurmuşdur [2]. Bir müddət yardımçı ssenarist və rejissor köməkçisi işlədikdən sonra 1989-cu ildə rejissor olaraq ilk filmi "Uşaqların boşanması" filmi ilə karyerasına başlamışdır.
Feminist baxışları ilə seçilən rejissor öz filmlərində qadın haqları, 1979-cu il İran İnqilabı ilə bağlı məsələlərə toxunmuşdur.
Milani filmlərinin ən başlıca mövzularından biri mühafizəkar rejimdən əziyyət çəkən cəsarətli qadınlar olmuşdur. Onun ilk filmlərinin mövzusu əfsanə və rəvayətlərə söykənirdi. Məsələn 1990-cı ildə çəkilən "İç çəkiş əfsanəsi " filmində yazıçı kimi uğursuzluğa düçar olmuş bir qadının həyata bədbin baxışından söz açılır. Sonra o, dünyada daha böyük dərdləri olan amma hələ də xoşbəxt olmağı bacaran qadınlarla tanış olur.
İki il sonra Milani digər filmi "Bu dəfə nə edəcəksən?" filmini çəkir. Bu filmdə də gənc bir qızın həyatından bəhs olunur. İran sezuraçıları filmdəki qız obrazını gənc oğlan obrazı ilə dəyişdirilməsi üçün təzyiq göstərdilər. Mühafizəkarlar Milaniyi gənc qadınları mövcud sistemə qarşı qaldırmaqda günahlandırdırmasına baxmayaraq, o bütün bu ittihamları rədd etdi.
Tezliklə Milani "İki qadın" və " 5-ci reaksiya" filmlərinə görə mükafatlara layiq görüldü.
2001-ci ildə o, "Gizlənmiş yarı" filminə görə anti-inqilabi fəaliyyətdə ittiham edilərək, Məhəmməd Hatəmi hökumətinin filmə icazə verməsinə baxmayaraq həbs edildi. Frensis Ford Koppola və Martin Skorsezenin hökumətə ünvanlanmış xahişlərindən sonra azad olan rejissor 2 həftə həbsdə olmasına baxmayaraq, rəsmi ittihamlar tam olaraq ləğv edilmədi.
Milani 2005-ci ildə "İstənməyən qadın" filmini tamamlayır. Rejissorunbir digər filmi 50-ci reaksiya filmində həyat yoldaşının ölümündən sonra bütün varlığını, evini və uşaqlarını tərk edən qadından söz açılır. Film 2003-cü ildə yayımlanır.
Milani düşünürdü ki, İranlı qadın və kişilərin ikili həyat yaşamaları cəmiyyətin ən böyük problemlərindən biridir. Onun fikrincə, cəmiyyətin təzyiqi ilə hər iranlı vətəndaş evdə ayrı, digər insanların arasında ayrı həyat tərzi sürürlər.
2011-ci ildə rejissorun "İkimizdən biri" adlı filmi tamaşaçılara təqdim olundu [3].
Filmin adı | Orginal adı | İli |
Uşaqların boşanması | Bach'che'hā-ye Talāgh | 1989 |
İç çəkən əfsanəsi | Afsāneh-ye Āh | 1991 |
Başqa yeni nə var? | Digeh che khabar? | 1992 |
İki qadın | Do Zan | 1999 |
Gizli yarı | Nimeh-ye Penhān | 2001 |
50-ci reaksiya | Vakonesh Panjom | 2003 |
İstənməyən qadın | Zan-e Ziadi | 2005 |
Atəşkəs | Atash Bash | 2006 |
Hesabı təyin etmək | Tasvie Hesab | 2007 |
Superstar | 2008 | |
İkimizdən biri | Yeki Az Ma Do Nafar | 2011 |
Açılmamış yol | Mali | 2018 |