Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat.
Təhsil nəşriyyatı | |
---|---|
Yaranma tarixi | 1993 |
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksəkixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür.
Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Müstəqillik illərində Azərbaycanda kitab nəşrinin inkişafında, xüsusilə təhsil quruculuğu konsepsiyasının əsasını təşkil edən dərsliklərin və digər elmi-metodik ədəbiyyatların hazırlanmasında "Təhsil" nəşriyyatının xüsusi əməyi vardır.
Nəşriyyat fəaliyyət göstərdiyi müddətdə 6500-dən çox adda və 33 milyon nüsxədən çox kitab, o cümlədən dərslik, dərs vəsaiti və elmi-metodik ədəbiyyat nəşr etmişdir. Nəşriyyatın çap məhsulları ölkə və bir çox beynəlxalq miqyaslı müsabiqələrin qalibi olmuş, dünya və Avropa sərgilərində uğurla nümayiş etdirilmişdir.
Nəşriyyatın hazırladığı dərsliklərdən V sinif üçün "Ata yurdu" 2002-ci ilin, VIII–IX siniflər üçün "Azərbaycan dili" 2003-cü ilin, X–XI siniflər üçün "Azərbaycan dili" 2004-cü ilin "Ən yaxşı dərsliyi" adına layiq görülmüşdür.
"Təhsil"in ən böyük uğurlarından biri də "Qarabağ: real tarix, faktlar, sənədlər" kitabıdır. Bu kitab 2005-ci ildə II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək bal toplayaraq I yerə 2012-ci ildə isə Azərbaycan Respublikasının Dovlət mükafatəna layiq görülmüşdür. "Naxçıvan", "Təhsil dünən, bu gün, sabah", "Azərbaycanın qısa dövlətçilik tarixi", "Təhsil millətin gələcəyidir", "Böyük yolun davamçısı", "Dağlıq Qarabağ problemi", "Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda", "Heydər Əliyev məktəblilərin gözü ilə", "Bir ömrün oddiseyası" və s. kitablar "İlin kitabı" adına layiq görülmüşdür.
2009-cu ildən "Təhsil" nəşriyyatına "Purlux" və s. kimi dünyanın ən önəmli poliqraf avadanlıqları istehsalçısı olan 3 nəhəng zavodun Azərbaycan, Türkiyə, Ukrayna və Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi statusu verilmişdir.
2010-cu ildə isə VII Beynəxalq "Kitab sənəti" müsabiqəsində "Cərcivə" kitabı Qran-priyə,2012-ci ildə IX Beynəlxalq müsabiqədə isə "Novruz" kitabı I dərəcəli, "Hop-Hopnamə" kitabı III dərəcəli mükafata layiq görülmüşdür. 20 fevral 2012-ci ildə Madriddə (Ispaniya) keyfiyyətə görə "Beynəlxalq Qızıl Mükafata", 26 mart 2012-ci ildə Berlində (Almaniya) Texnologiya, Innovasiya və keyfiyyət üzrə Yeni Era Beynəlxalq mükafatına, 16 iyul 2012-ci ildə isə Paris (Fransa) "Keyfiyyət və kommersiya prestijinə gorə Qızıl Avropa mükafatlarına" layiq görülmüşdür.
Son illərdə nəşriyyat həm yaradıcılıq imkanlarını, həm də poliqrafiya bazasını xeyli genişləndirmişdir. Hazırda "Təhsil" nəşriyyatı ən müasir çap və digər poliqrafik avadanlıqları olan güclü mətbəə bazasına malikdir. Burada ildə 200 milyona yaxın rəngli basqı vərəqi (list ottsk) çap etmək mümkündür. Bu isə orta hesabla 10–15 milyon kitab deməkdir.
"Təhsil" nəşriyyatını hazırkı dövrdə ölkənin kitab nəşri və çapı ilə məşğul olan ən güclü peşəkar nəşriyyat-poliqrafiya birliyi hesab etmək olar.