Tək sənədli interfeys

Tək sənədli interfeys(SDI (Single-Document Interface,однодокументный интерфейс,tek belgeli arabirim)-tətbiqi proqramların qrafik interfeysinin ayrı-ayrı pəncərələr şəklində təşkili üsulu. Bu interfeysdə aktiv pəncərənin menyunu, yaxud alətlər zolağını özündə saxlayan “fon” və ya “ana” pəncərəsi olmur; bu elementlər (menyu, alətlər zolağı) hər bir pəncərənin özündə olur. Birdən artıq sənədi eyni vaxtda redaktə etməyə imkan verən belə tətbiqi proqramlar (məsələn, mətn prosessorları) istifadəçidə elə təəssürat yarada bilər ki, sanki proqramın bir deyil, bir neçə kopiyası başladılıb.

SDI üzərində işliyən Inkscape

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,754 s.