Təkbirətül-ehram - namazın vacib hissələrindən biri, eləcə də namazın rüknüdür.
Hər namazın əvvəlində "Allahu əkbər" demək vacib və rükndür. "Allah" kəlməsinin və "əkbər" kəlməsini hərflərini və iki–"Allah" və "əkbər" kəlmələrini ardıcıl və ərəb dilində səhih deməlidir. Deməli bir kəs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini desə, səhih deyil.[1]
Ehtiyat budur ki, namazın təkbirətül-ehramı ondan əvvəl deyilən hissələrə (iqaməyə, yaxud təkbirətül-ehramdan əvvəl oxunan duaya) birləşdirilməsin.[2]
Əgər namaz qılan "Allahu əkbər" kəlməsini ondan sonra oxuduğu kəlməyə (məsələn "bismillahir-rəhmanir-rəhim"ə) birləşdirmək istəsə, gərək "əkbər" kəlməsinin rey hərfinə zəmmə versin (yəni "Allahu əkbəru bismilləhir-rahmənir-rahim" desin).[3]
Təkbirətul-ehram deyən vaxt bədən aram olmalıdır. Əgər bir kəs təkbirətül-ehramı qəsdən hərəkət halında desə batildir. Həmçinin səhvən hərəkət etsə, ehtiyat-vacibə görə gərək namazı batil edən hər hansı əməl edib sonra yenidən təkbir desin.[4]
Təkbir, Həmd, Surə, zikr və dua elə oxunmalıdır ki, şəxsin özü eşitsin. Əgər qulağın ağırlığı, karlığı və ya səs-küyün çoxluğu səbəbi ilə eşitməsə, elə deməlidir ki, mane olmazsa eşidə bilsin.[5]
Lal və ya dili xəstə olan bir kəs "Allahu əkbər"i düzgün deyə bilməsə, necə bacarırsa, elə də deməlidir. Əgər ümumiyyətlə deyə bilməsə, qəlbindən keçirtməli, təkbir üçün işarə olaraq dilini (əgər bacarırsa) tərpətməlidir.[6]
Müstəhəbdir ki, təkbirətül-ehramdan qabaq bu dua oxunsun:
يَامُحسِنُ قَد اَتَاكَ المُسيئُ وَقَد اَمَرَتَ المُحسِنَ اَن يَتَجاوَزَ عَنِ المُسيِئِ اَنتَ المُحسِنُ وَاَنَا المُسِيئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجاوَز عَن قَبِيحِ مَاتَعلَمُ مِنِّى
Yə"ni "Ey bəndələrinə ehsan edən Allah, Sənin günahakar bəndən Sənin dərgahına gəlmişdir. Sən də ehsan edənə əmr etmisən ki, günahkarın günahından keçsin. Sən ehsan edən, mən isə günahkaram. Səni and verirəm Mühəmməd və Ali-Mühəmmədin hörmətinə, Öz rəhmətini Mühəmməd və Ali-Mühəmmədə göndər, mənim pis əməllərimdən keç!"[7]
Müstəhəbdir ki, namazın birinci təkbirini, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların yuxarısına qədər qaldırsın. Bunun əksi müşküldür, hətta caiz də deyil.[8]
Əgər təkbirətül-ehramı deyib-deməməsində şəkk etsə, bu halda qiraətə məşğuldursa, öz şəkkinə etina etməməlidir; yox əgər bir şey oxumamışdırsa, təkbiri deməlidir.[9]
Əgər təkbirətül-ehramı deyəndən sonra, onu düzgün deyib-deməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir.[10] Amma müstəhəbdir ki, namazı qurtarandan sonra yenidən qılsın.[11]
Sistaninin risaləsi Arxivləşdirilib 2008-04-13 at the Wayback Machine