Təkqardaş zambaq

Təkqardaş zambaq- (lat. Lilium monadelphum M. Bieb.). Zanbaqkimilər ( Liliaceae) fəsiləsinə aid bitki növü.

Bu bitki, Utah solitaire zanbağı, Dağlararası yalançı buğda otu, səhra zanbağı, tənha zanbağı və qum zanbağı kimi ümumi adlarla tanınır. Eremocrinum Eremocrinum albomarginatum tək növünü ehtiva edən Agavoideae yarımfamiləsindəki monotipik bitki cinsidir. O, Arizona və Yutadan tanındığı ABŞ-nin qərbindədir. Eremocrinum albomarginatum (Tənha zanbaq) qulançarkimilər fəsiləsinin çoxillik bitki növüdür.

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Soğanağı enli-yumurtavari, ağımtıl pulcuqlarla örtülmüşdür. Gövdə qalın, düz, sıx yarpaqlı, 1 m-ə qədər hündürlükdədir. Alt yarpaqlar enlilansetvari, üst yarpaqlar xətvari-lansetvari, alt tərəfdən qıraqdan və damarlardan kirpikli-tükcüklüdür. Çiçəklər piramidal, 1-6 sayda, əyilən çiçəkli salxımda yerləşirlər. Çiçəklər iri, qıfvari, qızılı-sarı rəngli, ətirli, 8-10 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları lansetvari, əsasa qarşı az daralan, çiçəklənmə zamanı arxa tərəfə zəif əyiləndir. Tozluqlar sarı rəngli, tozcuq isə limon-sarı və ya qızılı-sarı rənglidir. Yumurtalıq silindrvari-prizmalıdır. Dişicik ağzı ağ və ya yaşılımtıldır. Qutucuq 4 sm-ə qədər uzunluqdadır.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə və subalp qurşağında yayılmışdır. Nəmli dar dərələrdə, meşə kənarlarında və talalarında, kolluqlarda, nəmli subalp çəmənlərində bitir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.