Təkyumrulu qışlaqotu

Təkyumrulu qışlaqotu (lat. Herminium monorchis)[1] - qışlaqotu cinsinə aid bitki növü.[2]

Təkyumrulu qışlaqotu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.[3]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökyumruları şarşəkillidir, diametri 5-9 mm-dir. Gövdənin hündürlüyü 10-25 sm-dir. 2 (az hallarda 3) lansetyarpaqlı, kök hissədə yerləşir, çiçək qrupu nazik, sıx olmayan salxım şəklindədir. Çiçəkləri xırda, sarı-yaşıl, bal ətirlidir. Çıçək dodağı nizəşəkilli, uzunluğu 3,25-3,75 mm, yan qnadları xətvari, kütdür, ortadakından 2 dəfə qısadır [4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İyun-iyul aylarında çiçəkləyir. Yüksək dağ qurşaqlarında (1900-2000(2500) m), subalp çəmənlərində, tozağacı meşələrində rast gəlinir [1].

Böyük Qafqazın Quba hissəsi (Ləzə kəndi ilə Şahdağ dağı arasında) .

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyası nadirdir, mənfi amillərin təsiri nəticəsində yayılma ərazisi azalır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

İqlim dəyişkənliyi, otarılma və tapdalanma müşahidə olunur.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.[5]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. http://redbook.az/?options=project&id=T%C9%99kyumrulu%20q%C4%B1laqotu[ölü keçid]
  4. .  Прилипко Л.И. , 1952.
  5. Azərbaycan Respublikasının Qırmızı Kitabi Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. 2-ci nəşr. Bakı-2013