Tələt Qayıbov — biologiya elmləri doktoru, professor.
Tələt Qayıbov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Quba rayonu, Alpan kəndi |
Vəfat tarixi | 26 yanvar 2002-çi il |
Vəfat yeri | Bakı şəhəri |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | Professor |
talatgaibov.com |
Tələt Dənyar oğlu Qayıbov 1923-cü ilin may ayının 15-də Azərbaycanın Quba rayonunun Alpan kəndində bəy nəslindən olan mülkədar ailəsində anadan olmuşdur. 1939-cu ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib ADU-in biologiya fakultəsinə daxil olmuş və 1944-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
1945 –1948-ci illərdə Akademik A.Qarayevin fiziologiya ixtisası üzrə ilk aspirantı-fizioloqu olmuşdur.
1948 -ci ildə Bioloqiya elmləri üzrə“namizədlik” dissertasiyasını müdafiə etmişdir.
1948 – 1960-cı illərdə Elmi Tədqiqat Hematoloqiya və Qanköçürmə İnstitutununda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
1961-ci ildə “Uyğun gələn və uyğun olmayan qanın köçürülməsindən sonra resipiyentin orqanzmində yaranan funksional dəyişikliklər” mövzusunda biologiya elmləri üzrə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə etmışdır
1951– 1966-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri, institutun partiya təşkilatının katibi, elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır.
1966 – 1992-ci illərdə Azərbaycan Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1992- 2002- ci illərdə Bakı Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının professoru işləmişdir
- hematologiya və qanköçürmə sahəsində “Hemostaz”problemlərinin geniş tədqiqatları
- postnatal ontogenez və yaratdığı “Radiobiologiya” problemləri laboratoriyasında aparılan elmi axtarışlar
- rəhbərlik etdiyi “Biostimulyatorlar” laboratoriyasında aparılan keçmiş SSRİ Müdafiə Nazirliyinin tam məxfi, əsas problemlirindən biri olan “Ordu və əhalinin kütləvi qırğın silahlarından müdafiəsi” sahəsində elmi axtarışları və Azərbaycanda onun məktəbi kimi tanınmış “Epifiziologiya” elmi istiqamətinin inkişafı
- 350-dən çox elmi əsərin, o çümlədən 3 monoqrafiyanın, 2 dərslik, bir sıra metodiki göstərişlər və patentlərin müəllifidir[1];
- 40-dan artıq elmi kadr hazırlamış, onlardan 11-i elmlər doktorudur, 3-ü Əməkdar elm xadimi;
- “Azərbaycan Fizioloqlar Cəmiyyəti”-nin sədr müavini, “Bilik” cəmiyyətinin rəyasət heyətinin üzvü, uşaq və yeniyetmələrin fizioloji problemlərinin koordinasiya şurasının üzvü, BDU-nin, ATU-nin, APU-nin, MEA-nın “Fizioloqiya İnstitutu”nun elmi şuralarının üzvü və s.
Professor T.Qayıbov 1993-cü ildə Heydər Əliyevə müraciət edən Azərbaycanın 91 ziyalılarından biri olmuşdur.
T.Qayıbov “Yeni Azərbaycan Partiyası”-nın Bakı şəhər təşkilatının ilk yaradıcilları sırasında olmuşdur.
T.Qayıbov “Yeni Azərbaycan Partiyası”nın siyası şurasının üzvü olmuşdur
T.Qayıbov 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Əməkdar müəllim” Fəxri adına layiq görülmüşdür.
26 yanvar 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.