Təmir xan

Təmir xan - türk və altay mifologiyasında dəmir ilahı. Təmür (Timür) xan olaraq da bilinər. Monqollar Tömür xan deyirlər.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Yumru saç hörgüsü vardır. Yağrını (kürək sümüyü) dəmirdəndir. Dəmir mədənlərini, dəmirçi ocaqlarını və dəmirçiləri qoruyar. "Axacaq qanı yox, çıxacaq canı yox" deyə izah edilər. Temür Xan dəmirçiləri insanlara xidmət etsin deyə göndərmişdir. Ağ dəmirçi və Qara dəmirçi deyilən iki növü vardır. Ağ dəmirçilər yaxşı ruhların, qara dəmirçiləri pis ruhların köməyini alarlar. Dəmirçi Debek (Debeç/Debet), Qaraçay-Malkar və Nart dastanlarında mifoloji bir qəhrəman olaraq təsvir edilər. O çılpaq əlləriylə qızğın dəmiri dövebilir, ona istədiyi şəkli verə bilər. Quşların və bütün heyvanların dillərini bilir və onlarla danışar. Nart qəhrəmanları üçün dəmirdən qılıncları, qalxanları və zirehləri ilk dəfə o etmişdir. İlk at nalini o icad etmişdir, beləcə Nart döyüşçüləri atları ilə uzaq ölkələri fəthə gidebilmişlerdir. Dəmirçilik sənətini insanlara bu tanrı öyrətmişdir. Erlik Xanın oğludur. Sokor (tək gözlü) olaraq anılır.

Türk mifologiyasında dəmirçilik[redaktə | mənbəni redaktə et]

Dəmirçilik eyni zamanda şamanlara, baxşılara, falçılara xas bir sənət sayılmışdır. Qəhrəman bəzən, "Təmirdi (Dəmirçi)" şəklində iştirak edər. Bəzən şeytani motivlərə olan yaxınlığıyla da görünür. Bu baxımdan nağıllarda və əfsanələrdə dəmirçi topal və axsaq da ola bilər. Yakutların inanclarına görə, dəmirçiləri qoruyan, "Kıday Baxşi" adında bir ruh vardır. Göytürklərin ataları da dəmirçidir. Dəmir dağının əridilib, oradan yol açıldığı gün milli bayram sayılardı. Yazda Novruz şenliklerinde bu səbəblə örs üzərində dəmir döyülür. Oğuz Kağan dastanında, "Tömürdü" (Dəmirci) adlı ustanın, dəmir qapını açması da "Ərgənəkon" dastanını xatırlatmaqdadır. Özbəklərdə, yeni şamanlık etməyə başlayan biri Təmür xanın köməyini (İslamın təsiriylə Davud peyğəmbərin xeyir duasını) almaq üçün köhnə bir qalada gecə qalardı.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Tem/Töm/Dem/Dəm) kökündən törəmişdir. Demir deməkdir. Monqolcada Tömür sözcüyü də eyni mənanı verər. Möhkəmlik, dayanıqlılıq bildirən bir kökdən törəmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]