Tənəkə

Tənəkə — soyuq yayılmış polad (başlıca olaraq az karbonlu polad).[1] Qalınlığı 0,08–0,5 mm olan nazik lent və ya vərəq şəklində hazırlanır. Qida mühitinin təsirindən və atmosfer korroziyasından qorumaq üçün üzərinə qalay, xrom, xüsusi laklar, plastik kütlə və s. qoruyucu örtüklər çəkilir. Tənəkədən başlıca olaraq konserv qabları və bu kimi metal qutular hazırlamaq üçün istifadə olunur.

Ağ tənəkə — nazik qalay təbəqə ilə örtülü tənəkə[2]

  1. Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Azərbaycan Sovet Ensiklopediyası - IX Cild (S,T,U,Ü,F). 1986. 251.
  2. "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.