Tənha adam (türk. Issız Adam) — rejissoru Çağan İrmak olan, 2008-ci il istehsalı türk melodram filmi. Baş rollarda Melis Birkan və Camal Hünalın çəkildiyi film, Alpər adlı aşpazla, uşaq geyimlərinin dizaynı və tikilməsi ilə məşğul olan Ada adlı gənc qızın sevgisindən və xüsusilə müasir həyatın insanları necə təcrid etdiyini izah edir. Çəkilişləri beş həftə çəkən film 2008-ci il noyabrın 7-də Türkiyədə kinoteatrlarda nümayiş etdirilib.[1] Türkiyəli tamaşaçıların böyük marağına səbəb olmuş film, 15-ci həftəsində 2 milyon 765 min izləyiciyə çatmışdır.[2]
Tənha adam | |
---|---|
türk. Issız Adam | |
| |
Janr |
Dram romantizm |
Rejissor | Çağan İrmak |
Əsərin müəllifləri |
Mustafa Oğuz Gül Oğuz |
Ssenari müəllifi | Çağan İrmak |
Baş rollarda |
Camal Hünal Melis Birkan Ulduz Kültür Qönçəgül Sunar Gözdə Kansu Aslı Aybars Şərif Bozqurd |
Bəstəkarlar |
Aria Cenk Ərdoğan Cengiz Onural Bora Ebeoğlu |
Studiya | Most produksiya |
İlk baxış tarixi |
7 noyabr 2008 Türkiyə |
Filmin növü | Kinoteatr filmi |
Müddət | 113 dəqiqə |
Gəlir | 16,001,891 ($) |
Ölkələr | Türkiyə |
Dil | Türkcə |
İl | 2008 |
Rəng | Rəngli |
Çəkiliş yeri | İstanbul, Türkiyə |
IMDb | ID1322930 |
Film 2009-cu ildə Rhode İsland film festivalında (ABŞ) "Ən Yaxşı Film Mükafatı"na layiq görülüb.[3]
Alpər öz restoranında aşpazdır. Dəbdəbəli yaşamağı, işində uğur qazanmağı sevən lakin günlərini hər gün fərqli qadınlarla keçirərək şəxsi həyatını nizamlaya bilmirdi.
Ada, Alpərin müasir həyatından fərqli olaraq, çox təvazökar, həyatda eniş-yoxuşları çox olmayan, Taksimdə uşaq geyimləri dizaynı və tikişi ilə məşğul olan gənc qızdır. Bir gün köhnə bir kitab tapmaq üçün Bəyoğlu ətrafında gəzərkən Alpər və Ada eyni kitab evinə girirlər və onlar üçün sevgi ilə ziddiyyətli bir həyat başlayır.