Tənha evin yaşlı qadını

Tsukioka Yoshitoşinin bir əsərində.

Tənha evin yaşlı qadını (一つ家の鬼婆, Hitotsuya no uba?) və ya Asaciqahara ifritəsi (浅茅ヶ原の鬼婆, Asaciqahara no onibaba?)Yaponiya folklorunda əfsanə.

Əfsanə[redaktə | mənbəni redaktə et]

Əfsanəyə görə VI əsrdə Senso məbədinin yerləşdiyi ərazi Asaciqahara adı ilə tanınırdı. İnsanların seyrək məskunlaşdığı bu ərazidən keçən yolçular qaranlıq düşəndə azmamaq və soyulmamaq üçün göl qırağında yerləşən köhnə bir daxmada gecələməli olurdular.[1]

Daxmanın sahibləri "İfritə" kimi tanınan yaşlı qadın və onun qızı idilər. Yaşlı qadın evində gecələməyə gələn yolçuları yuxularında öldürü, başlarını bir daş parçası ilə əzir, pullarını oğurlayırdı. Daha sonra cəsədlərini gölə atırdı. Qızı isə onun bu etdiklərindən dəhşətə düşürdü.[1]

Yaşlı qadının qurbanlarının sayı 999-a çatandan sonra bir gün bir uşaq gecə onun daxmasında gecələməyə gəlir. Həmişəki kimi yaşlı qadın heç bir tərəddüd etmədən onun başını daşla əzir və öldürür. Lakin öldürdüyü şəxsin əslində öz qızı olduğunu görür. Qızı onun bu əməllərini dayandırmaq üçün özünü qurban edir.[1]

Ümidsiz və kədərli vəziyyətə düşən yaşlı qadın həmin gecə evinə gəlmiş uşağın əslində Senso məbədinin kannonu olduğunu öyrənir. Hekayənin bir versiyasında buddist ilahəsi yaşlı qadını əjdahaya çevirir, lakin bir çox versiyada yaşlı qadın özünü gölə ataraq öldürür və ya rahibə olaraq həyatının qalan hissəsində öldürdüyü şəxslər üçün dua edir.[1]

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

Ubaqayke gölməçəsi.

Əfsanə Edo dövrünün bir çox ukiyo-e sənətçisi (Utaqava KuniyoşiHiroşiqe kimi), şair və kabuki drammaturqu üçün ilham mənbəyi olmuşdur.[1]

Tokionun Tayto rayonunda yerləşən Ubaqayke gölməçəsinin (姥ヶ池?) əfsanədə bəhs olunan göl olduğu düşünülür. Bu gölməçə keçmişdə Sumida çayının sahilinə qədər uzanan böyük göl olsa da, XX əsrdə böyük hissəsi qurudulmuşdur. Hazırda gölməçə ərazisində uşaq parkı və əfsanəyə həsr olunmuş abidə yerləşir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 "Ubagaike Pond" (ingiliscə). 23 oktyabr 2023. 4 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]