Təqvim əs-sıhha lat. Tacuinum Sanitatis — Ərəb alimi İbn Butlan tərəfindən tibb sahəsində yazılmış kitab. Kitabda olan bir çox söz latın dilindən tərcümə edilmişdir. Əsasən Bitki və ərzaqların insan orqanizminə olan xeyir və zərərlərindən danışılsada, nəfəs almaq, eşitmə, ruhi sağlamlıq mövzularında ətraflı məlumat verilmişdir. Orta əsrlərin sonlarına yaxın Qərbi Avropada məşhurlaşmağa başlayan kitab, XVI–XIX əsrlərdə tibbi təhsil alan şəxslər üçün əvəzolunmaz mənbə olmuşdur. Təqvim əs-sıhha kitabında tibbi məlumatlarla yanaşı, kənd təsərrüfatı ilə bağlıda ətraflı məlumat verilmişdir. Dünya kitabları arasında yerkökünün təsviri, ilk dəfə Təqvim əs-sıhha kitabında verilmişdir. Kitabın adı latın dilində Tacuinum kəlməsindən yaranmışdır. Bu sözün tərcüməsi əl kitabı deməkdir.