Bu məqalə qaralama halındadır. |
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır.
Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir.
Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır.