Tərə taxtabitisi

Tərə taxtabitisi (lat. Piesma quadrata Fieb. - ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.

Tərə taxtabitisi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Biologiyası[redaktə | mənbəni redaktə et]

Bədəninin rəngi tutqun boz olub, üzərində nizamsız yayılmış qara ləkələr və nisbətən iri açıq rəngli nöqtələr vardır. Başı üçbucaq şəkilindədir. Gözləri yanlara çox çıxmışdır. Bığcıqları 4 buğumludur. Qalxancığı kiçik olub, qurtaracığı açıq rənglidir. Bədəninin uzunluğu 2,5–3,5 mm –dir. Tərə taxtabitisi imaqo halında otların, tökülmüş yarpaqların altında, çəmənlikdə, meşədə və bağlarda, payızlıq əkin sahələrində qışlayır. Aprelin əvvəllərində bu növ qışlama yerlərindən çıxır, torpaq üzərində hərəkət edərək özü üçün qida axtarır. Taxtabitinin ən çox qidalandığı bitkilər qızıltərə və çuğundurdur. Yumurtaqoyma prosesi may ayında gedir. Bu zaman öz yumurtalarını əsasən yarpağın alt səthinə, bəzən isə bitkinin gövdəsi üzərinə tək-tək və ya topa halında qoyur. 2–3 həftədən sonra yumurtadan çıxan sürfələr həmin yarpağın şirəsi ilə qidalanır. 4–6 həftədən sonra isə inkişaf edib yetkin formaya keçir. Oktyabr ayından başlayaraq bu zərərvericilər qışlama yerlərinə toplaşaraq, orada qalır.bu növün çuğundur bitkisinə verdiyi əsas zərər ondan ibarətdir ki, yarpağı sorması nəticəsində onun alt tərəfində ağımtıl ləkələr əmələ gəlir. Çox zədələnmiş yarpaq büzüşür. Belə zədələnmiş bitki yenidən çoxlu cavan yarpaqlar əmələ gətirir. Bu səbəbdən çuğundurun yumrusu çox kiçik olur. Maraqlı burasıdır ki, taxtabiti bitkinin üzərindən gedəndən sonra da bitki xəstə olur[1]. Bununda başlıca səbəbi qidalanan zaman onların buraxdığı mayenin zəhərli xüsusiyyətə malik olmasıdır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Bu növ Avropanın hər yerində, habelə Sibirdə, Qafqazda, Orta Asiyada yayılmışdır. Azərbaycanda isə yalnız Lənkəran-Astara zonasında yayıldığı aşkar edilmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]