Tərəfdaş — rejissor Devid Dhauan tərəfindən 2007-ci ildə çəkilmiş bədii və tammetrajlı Hind filmi. Film KSS Limit və Sohail Xan şirkətinin dəstəyi ilə çəkilib. Bədii filmdə Salman Xan, Qovinda, Lara Dutda, Katrina Kef və başqaları rol alıb[3]. Ssenari Sancay Çhel, Devid Dhauan, Yunus Scaval tərəfindən yazılıb[4]. Filmin prodüserləri Shoil Xan, Paraq Sanqhvidir[5].
Tərəfdaş | |
---|---|
ing. Partner | |
Janr |
macəra musiqili komediya |
Rejissor | Devid Dhauan |
Prodüserlər |
Shoil Xan Paraq Sanqhvi |
Ssenari müəllifləri |
Sancay Çhel Devid Dhauan Yunus Scaval |
Baş rollarda |
Salman Xan Qovinda Lara Dutda Katrina Kef |
Operator | Coni Lal |
Bəstəkar | Səcid Əli |
Rəssamlar |
Nitin Rokad Pranay Patel |
İstehsalçılar |
KSS Limit[1] "Sohail Xan" şirkəti |
İlk baxış tarixi | 20 iyul 2007 |
Filmin növü | bədii film |
Büdcə | $20 milyon |
Gəlir | $22 milyon[2] |
Ölkələr | Hindistan |
Dil | hind dili |
İl | 2007 |
Rəng | rəngli |
Çəkiliş yeri | Hindistan |
IMDb | ID0807758 |
Prem (Salman Xan) müştərilərinin sevgi məsələlərini həll edən Sevgi Qrupunun təşkilatçısıdır. Bhaskar Diwakar Chaudhary (Qovinda) qız sevir və sevgi həyatında yardım üçün Premin yanına gəlir. Bhaskar Priya Jaisinghi (Katrina Kef) sevir, lakin o, zəngin iş adamı qızı olduğu üçün, o, qıza sevgisini ifadə edə bilmir. Prem ona kömək etməyə razıdır. Ancaq Prem Taylanddadır.
Taylanddan döndükdən sonra Prem, Donda Şahrux Xanı təqlid edən, Çota Donun (Racpal Yadav) başçılıq etdiyi bəzi qanqstarlardan qaçan bir fotoqraf jurnalist Naina (Lara Dutda) ilə görüşür. Prem onu sevməyə başlayır. Bhaskar, Priya'ya özünü sevdirmək üçün öz sədaqətini və qəribə hərəkətlərindən istifadə edir. Priya nəhayət Bhaskarı sevir, ancaq bunu ona açıqlamır. Amma eyni zamanda Premdə Nainanın evli olduğunu və Rohan (Əli Hacı) adlı bir uşağı olduğunu öyrənir.
Bhaskar öyrənir ki, Priya atasının istəyi ilə kimsə ilə evlənir. Hər ikisi də Priyanın Rohan ilə toy mərasiminə gəlirlər, Prem onun atasına, Priyanın Bhaskarla evlənməsini tələb edir. Atası Bhaskarın əməlləri ilə razıdır. Atası icazə verir və Priya indi Bhaskarla evlənməyə hazırlaşır.
Musiqi Səcid Əli tərəfindən tərtib edilmişdir. 23 iyul 2007-ci ildə mahnı satışa çıxıb[6]. Hindistanda yerləşən "Boks Ofic" Hindistan ticarət saytına əsasən, 180 min ədəd satılıb. Bu üçüncü ən çox satılan mahnıdır[7].