Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu — Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1965 |
İndiki adını 17 aprel 2015-ci ildən daşıyır[1]. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı[1].
1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyasi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS — inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi.
Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Seleksiya Nailiyyətlərinin Sınağı üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir.
Az. ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutları, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir.
İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir[2].
2005-ci ildən Az ETTİ Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə əməkdaşlıq edir.
Dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Hollandiya, Avstraliya, Rusiya, Çin, Fransa, Türkiyə, İran, Hindistan, Yaponiya, Peru, Tayvan, Israil, Almaniya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və s.) yerləşən Universitetlərin, elmi mərkəzlərin, şirkətlərin və s. təşkilatların nümayəndələri ET Tərəvəzçilik Institutunda olmuşlar.
Eyni zamanda, institutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) keçirilən beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi aparılır.