Təranə Məmmədova

Təranə Məmmədova (tam adı: Məmmədova Təranə Aslan qızı; 9 sentyabr, 1963, Bakı) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, texnika elmləri doktoru.[1]

Təranə Məmmədova
Məmmədova Təranə Aslan qızı
Doğum tarixi (60 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcələri texnika elmləri doktoru, dosent
Elmi adı AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini.
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
nkpi.az

Həyatı[redaktə | mənbəni redaktə et]

Təranə Məmmmədova 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1971–1981-ci illərdə Bakı şəhəri 39 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunun polimerlər sintezi fakültəsinə daxil olub, 1987-ci ildə isə bitirib.

1987-ci ildə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun "Katalitik krekinq və piroliz" laboratoriyasına mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunub. 1988-ci ildən 1992-ci ilə qədər həmin laboratoriyada dissertant olub. 1992-ci ildə "Seolit tərkibli katalizatorlar üzərində ikinci emal benzin fraksiyalarının metanolla aşağı temperaturda birbaşa kontaktı yolu ilə yaxşılaşdırılmasının tədqiqi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi adını alıb. 1993-cü ildən 1997-ci ilə qədər həmin laboratoriyada kiçik elmi işçi vəzifəsində işləyib. 1997–2002 illərdə elmi işçi, 2002–2007-ci illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.

Hal-hazırda AMEA-nın Neft Kimya Prosesləri İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışır.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bitki resursları — pambıq, günəbaxan və garğıdalı yağları əsasında məhsuldarlığı 720 1/s olan kavitasiya reaktorundan istifadə etməklə biodizel yanacaqlarının alınma texnologiyası və həmin yağların neft emalı zavodunun əmtəə dizel və benzin yanacaqları alınması texnoloji sxeminə birbaşa daxıl edilməsi texnologiyaları işlənib-hazırlanıb. Azərbaycan neftlərindən ayrılan neft turşuları, bitki yağlarından ayrılan turşular və glikollar əsasında geterogen tipli katalizatorların iştirakı ilə monoefirlərin alınması prosesinin optimal şəraiti təyin edilib və alınmış efirlər dizel yanacaglarına resurs qənaətedıcı, yağlama və aşağıtemperatur xassələrini yaxşılaşdıran çoxfunksiyalı əlavələr kimi tədqiq olunub. Pambıq yağının termokatalitik çevrilməsi prosesi tədqiq olunub və nəticədə C2-C4 olefinlər 65,1–78,1% küt çıxımla əldə edilib

Təltif və mükafatlar[redaktə | mənbəni redaktə et]

  • "Avropanın Fəxri alımı" diplomu
  • V. Leybnits adına medal
  • A. Humbolt adına medal[2]

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin qazın kimyası və emal texnoloqiyası" kafedrasının müəllımi

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı -88 (3-ü çapdadır).

Əsas elmi əsərlərin adları[redaktə | mənbəni redaktə et]

  • М.И.Рустамов, В.М.Аббасов, Т.А.Мамедова, Н.Н. Пириев Экологические проблемы Земли и альтернативные источники энергии. Баку, Элм, 2008, 717 с.
  • Т.А Mammadova, F. A. Babayeva, M. I. Rustamov. Biodiesel fuel- modern state and prospects // Processes of petrochemistre and oil refining, № 4(27), 2006, p. 15.
  • Т.А. Мамедова Современные тенденции в производстве альтернативных топлив // Процессы нефтехимии и нефтепереработки, Баку, № 1(28) 2007, с. 40.
  • М.И.Рустамов, В.М.Аббасов, Т.А.Мамедова, Ф.А. Бабаева Современные тенденции получения биомоторных топлив // Азербайджанское нефтяное хозяйство. № 4, 2008, с. 76.
  • Р.В.Алиева, Т.А.Мамедова, Н.К.Андрющенко, В.М.Аббасов, М.И.Рустамов, Получение дизельных топлив на основе растительного сырья Азербайджана // Процессы нефтехимии и нефтепереработки", Баку, № 1 (28), 2007, с. 37.
  • М.И. Рустамов, В.М. Аббасов, Т.А. Мамедова, А.Г. Талыбов, Н.К. Андрющенко. Различные варианты получения экологически чистых дизельных топлив на основе растительного сырья Азербайджана // Процессы нефтехимии и нефтепереработки", Баку, № 3–4(35–36), 2008, с. 140–150.
  • В.М. Аббасов, Т.А. Мамедова, М.И. Рустамов, А.Г. Талыбов, Н.К. Андрющенко. Биодизельные топлива из растительного сырья Азербайджана / Материалы конференции посвященной 100-летию акад. М.Ф. Нагиева, НАНА, Институт Химических Проблем, Баку, 2008, С. 198.
  • Т.А. Мамедова, Н.К. Андрющенко, С.З. Алиева, Э.Н. Аскерова, З.М. Алиева. Исследование процесса получения экологически чистых дизельных топлив путем совместной переработки нефтяного и растительного сырья // Азербайджанский химический журнал, 2010, № 1, c. 184–188.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.
  2. Nakhiyev, Toghrul Nasirli, Alakhber. "AMEA Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Aleksandr Von Humboldt adına medala layiq görülüb". science.gov.az (az.). 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.