Tərbi

Tərbi — dördləmə, iki misralı şeiri dörd misralı etmək deməkdir.[1]

Yaxın və Orta Şərq xalqları poeziyasında şeir yaradıcılığı üsullarından biridir. Şair başqa müəllifin qəzəlini götürüb onun hər beytinin əvvəlinə özünün yeni yazdığı beyti əlavə etməklə tərbi (dördləmə) yaradır[1]. Bəzən şair özünün əvvəl yazmış olduğu qəzəl əsasında tərbi yaradır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tərbi formasında yazılan şeirin əsas xüsusiyyətlərindən biri qəzəlindən istifadə olunmuş şairin təxəllüsünün yad edilməsidir[1]. Azərbaycan klassik şeirində Q. Zakir, S. Ə. Şirvani, M. Hadi və başqaları müraciət etmişdir[1].

  1. 1 2 3 4 Mirəhmədov, Əziz. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Maarif. 1978. 105.